Baş nazir Ukraynadakı hadisələrin Azərbaycana təsirindən danışdı

Baş nazir Ukraynadakı hadisələrin Azərbaycana təsirindən danışdı


Qonşu ölkələrdə baş verən hadisələr ölkəmizə təsirsiz ötüşmür.

"Bunu Baş nazir Əli Əsədov parlamentdə çıxışı zamanı deyib.

O deyib ki, Ukraynada baş verən hadisələrlə bağlı soydaşlarımızın təxliyəsi diqqət mərkəzindədir.

"Bununla bağlı cənab Prezident tərəfindən bütün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib. Təxliyə istiqamətində bütün çətinliklərə baxmayaraq bu gün səhərədək 9246 nəfər soydaşımız təxliyə olunub", - baş nazir deyib.

O, əlavə edib ki, digər narahatedici məqamlar nəqliyyat-logistika, qida məhsullarının idxalı, qiymət artımı və digər məsələlərdir.

"Amma cənab Prezidentin tapşırığı əsasında həm qida ehtiyatının yaradılması, həm də qiymət artımının qarşısının alınması ilə bağlı qabaqlayıcı tədbirlər görülməkdədir. Bu istiqamətdə zəruri addımlar atılır", - baş nazir deyib.

Baş nazir ölkənin valyuta ehtiyatı ilə bağlı məsələyə aydınlıq gətirərək deyib ki, bu məsələdə də heç bir narahatılığa ehtiyac yoxdur: "Azərbaycanın valyutası dayanıqlıdır və kifayət qədərdir. Odur ki bu məsələdə heç bir narahatlığa əsas yoxdur".Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər