Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev vəzifəsini şərəflə yerinə yetirir

Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev vəzifəsini şərəflə yerinə yetirir


Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Rəşad Tağıyev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Karantin dövründə də rayonda yaşayan sakinlərin evlərinə ərzaq bağlamaları göndərilmişdir.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyevə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Rəşad Tağıyev növbəti təsərrüfata baş çəkib, görülən işlərlə tanış olub

Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev vəzifəsini şərəflə yerinə yetirir


Şəmkirdə fermerlərin, sahibkarların qayğılarının, təklif və istəklərinin öyrənilməsi, aqrar sektorun inkişafı ilə bağlı tədbirlər davam etdirilir.

Bu məqsədlə rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev mütəmadi olaraq sahibkarlar, fermerlərlə görüşlər keçirir, onların gördüyü işlər və qarşılaşdıqları problemlərlə yerində maraqlanır.

Bu dəfə icra başçısı Sakit Şahbazovun istilikxana təsərrüfatında olub.

Rəşad Tağıyev kənd təsərrüfatının inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən danışıb, torpaqlardan səmərəli istifadə edilməsinin, ərzaq idxalının azaldılması istiqamətində ciddi işlərin aparılmasının önəmini vurğulayıb.

Sahibkar Sakit Şahbazov təsərrüfatı barədə məlumat verərək bildirib ki, ölkəmizdə kənd təsərrüfatına göstərilən dövlət dəstəyindən yararlanaraq üç hektar ərazidə müasir istilikxana kompleksi qurub: "İstilikxanalarımızda ancaq çəhrayı pomidor becəririk. Məhsullarımız əsasən Rusiya Federasiyasına və yerli bazarlara çıxarılır”.

Sahibkar qeyd edib ki, təsərrüfatlarında olan istilikxanalar İspaniya üsulu ilə və oradan gətirilmiş avadanlıqlarla müasir standartlara uyğun qurulub: “Əkində istifadə olunan kokobit də İspaniyadan gətirilib. Şitillərin münbit torpaqda və optimal müddətdə əkilməsi, eləcə də bitkilərin normal sıxlıqda yerləşdirilməsi və onlara vegetasiya dövründə yaxşı qulluq edilməsi istixanada yüksək məhsuldarlıq əldə etməyimizə səbəb olur”.

Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev vəzifəsini şərəflə yerinə yetirirŞəmkir rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev vəzifəsini şərəflə yerinə yetirirŞəmkir rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev vəzifəsini şərəflə yerinə yetirir
Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev vəzifəsini şərəflə yerinə yetirir


Rəşad Tağıyev bu dəfə Yuxarı Seyfəli kənd sakinləri ilə səyyar qəbul keçirdi

Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev vəzifəsini şərəflə yerinə yetirir


Vətəndaş müraciətlərinə həssaslıqla baxılması və qaldırılan məsələlərin diqqətlə araşdırılıb həllinə nail olunması üçün Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev hər həftə rayon sakinlərini fərdi qəbul edir, onların təklif və problemlərini dinləyir, qəbullarla yanaşı mövcud problemləri yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə səyyar qəbullar keçirir.

Rəşad Tağıyev bu dəfə rayonun ən böyük kəndlərindən olan Yuxarı Seyfəli kəndinin sakinlərini səyyar qəbul edib

Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev vəzifəsini şərəflə yerinə yetirir


Qəbuldan öncə icra başçısı Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq Şəmkir rayonunda görülən geniş abadlıq-quruculuq işlərindən və həyata keçirilən irimiqyaslı sosial infrastruktur layihələr barədə sakinlərə ətraflı məlumat verib.

Rəşad Tağıyev bildirib ki, bütün bu tədbirlər əhalinin rahatlığının təminatına və güzəranının yaxşılaşdırılmasına xidmət edir. O, görülən bu məqsədyönlü işlərin davamlı olacağını vurğulayıb.

Daha sonra sakinlərin arzu və təklifləri dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib.

Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Rayon İcra Hakimiyyəti başçısı aparatının, təhsil, səhiyyə və xidmət təşkilatlarının rəhbər işçilərinin iştirakı ilə keçən səyyar qəbulu sakinlər razılıqla qarşılayıb, göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını çatdırıblar.

Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev vəzifəsini şərəflə yerinə yetirirŞəmkir rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev vəzifəsini şərəflə yerinə yetirir
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər