Hikmət Hacıyev: Azərbaycan tərəfi Ermənistanla müzakirələrə hər zaman açıqdır, lakin görüşlər və müzakirələr nəticəli olmalıdır

Hikmət Hacıyev: Azərbaycan tərəfi Ermənistanla müzakirələrə hər zaman açıqdır, lakin görüşlər və müzakirələr nəticəli olmalıdır


Antalya Diplomatiya Forumunu yüksək peşəkarlıqla təşkil etdiyi üçün qardaş Türkiyəni təbrik edirik. Artıq bu Forum dünya miqyaslı platformalardan birinə çevrilib.

Bu sözləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında söyləyib.

Ermənistanla Azərbaycan arasında normallaşma proseslərinə, regional məsələlərə dair sualları cavablandıran Prezidentin köməkçisi Hikmət Hacıyev deyib ki, Azərbaycan qarşı tərəflə müzakirələrə hər zaman açıqdır. Ermənistan tərəfi ilə görüşlər, müzakirələr görünüş üçün, formal xarakterli deyil, konkret məsələlər üzərində nəticəli şəkildə aparılmalıdır.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər