Ukraynada Putinin çağırışı yayılır

Ukraynada Putinin çağırışı yayılır


Rus ordusunun müvəqqəti nəzarətində olan Melitopol sakinlərinə təbliğat vərəqələri paylanılır. Şəhər əhalisinə Rusiyanın sülh və təhlükəsizliyə zəmanət verdiyi bildirilir, Ukrayna hərbçilərinə silahlarını təhvil verib evlərinə getmək çağırışı edilir.

Bu barədə “Azadlıq” radiosu yazır.

Yerli sakinlərə müraciətdə deyilir:

“Hörmətli melitopollular, Rusiya Ukrayna xalqı ilə müharibə aparmır. Hakimiyyət Kiyev xuntasının deyil, xalqındır. Rusiya sizə sülh və təhlükəsizliyə zəmanət verir. Ölkənin dinc əhalisinə heç bir təhlükə yoxdur”.

Onlara doğru məlumat əldə etmək üçün Rusiyanın Teleqram kanallarını oxumaq tövsiyə olunur.

İddialara görə, başqa bir vərəqdə Putinin ukraynalılara müraciəti var, burada Rusiyanın özünümüdafiəsi, neonasistlər və qarşılıqlı fəaliyyət çağırışı qeyd olunub.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər