QHT "Əl Əməyi Göz Nuru" adlı satış-sərgiyə start verib - FOTOLAR

QHT "Əl Əməyi Göz Nuru" adlı  satış-sərgiyə start verib - FOTOLAR


Bu gün Park Bulvar Ticarət Mərkəzində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının "Əl Əməyi Göz Nuru" adlı, sayca 45-ci satış-sərgisinə start verilib.

QHT.az xəbər verir ki, sərgidə dülgərlik inciləri və rəsm əsərləri, kəlağayılar, orijinal bijuteriya məhsulları, şamdan və sabundan suvenirlər, orqanik qida məhsulları, təkəlduz məhsulları, milli ornamentli xalçalar, toxuma məhsulları, dekorativ əl işləri alıcılara təqdim olunub. Sərgi 3 gün ərzində saat 10-00-dan 20-00-a qədər davam edəcək. Kiçik sahibkar qadınlara dəstək məqsədilə düzənlənən satış-sərginin açılışında millət vəkilləri və ictimaiyyət , mədəniyyət, media nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən millət vəkili Arzu Nağıyev AQSİA-nın təşkil etdiyi bu sosial layihənin kiçik sahibkarlar, qadınlar üçün əhəmiyyətli olduğunu və hər kəsi sərgiyə dəstək olmağa çağırıb. AQSİA İdarə Heyətinin sədri Səkinə Babayeva satış sərginin ərsəyə gəlməsində dəstək olan hər kəsə, Park Bulvar Ticarət Mərkəzinin rəhbərliyinə təşəkkürünü bildirib. Açılış mərasimi mədəniyyət nümayəndələrinin təbrikləri ilə davam edib.

QHT "Əl Əməyi Göz Nuru" adlı  satış-sərgiyə start verib - FOTOLAR
QHT "Əl Əməyi Göz Nuru" adlı  satış-sərgiyə start verib - FOTOLAR
QHT "Əl Əməyi Göz Nuru" adlı  satış-sərgiyə start verib - FOTOLAR
QHT "Əl Əməyi Göz Nuru" adlı  satış-sərgiyə start verib - FOTOLAR
QHT "Əl Əməyi Göz Nuru" adlı  satış-sərgiyə start verib - FOTOLAR
QHT "Əl Əməyi Göz Nuru" adlı  satış-sərgiyə start verib - FOTOLAR
QHT "Əl Əməyi Göz Nuru" adlı  satış-sərgiyə start verib - FOTOLARБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər