“Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır

“Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır


“Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Etibar Məmmədov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Karantin dövründə də rayonda yaşayan sakinlərin evlərinə ərzaq bağlamaları göndərilmişdir.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədovdur.

“Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Etibar Məmmədov bu işin müqəddəsliyini qoruyub saxlayır. Etibar Məmmədov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Etibar Məmmədovdan danışdılar yaxşı ki, Etibar Məmmədov “Azərsu” ASC-nin sədr müavinidir… Etibar Məmmədov öz isguzarlığı ilə tanınır və seçilir….

Etibar Məmmədov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Etibar Məmmədov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Etibar Məmmədov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Etibar Məmmədovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Etibar Məmmədov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Etibar Məmmədov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun “Azərsu” ASC-nin sədr müavini kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Etibar Məmmədov özünü doğruldub. Bizdə hörmətli Etibar Məmmədovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Ağdam rayonunun Xıdırlı kəndinin içməli su təchizatı bərpa edilir

“Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyəti işğaldan azad edilmiş ərazilərdə su təchizatı sistemlərinin bərpası və yenidən qurulması istiqamətində işləri davam etdirir. Ağdam rayonunun işğaldan azad olunmuş Xıdırlı kəndində məskunlaşma olan obyektlərin su təchizatı məqsədilə təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahından verilən məlumata görə, Ağdam rayonunun Xıdırlı kəndində içməli su təchizatının bərpası təxirəsalınmaz tədbirlər çərçivəsində həyata keçirilir və məskunlaşma olan obyektlərə içməli suyun verilməsini əhatə edir. Xıdırlı kəndində və ətraf ərazilərdə işğaldan əvvəl içməli su təchizatı sistemləri mövcud olmayıb. Kəndə suyun verilməsi ilə bağlı “Azərsu” ASC mütəxəssisləri tərəfindən tədqiqat və qiymətləndirmə işləri aparılıb və layihə hazırlanıb. Layihəyə əsasən, ərazidəki obyektlərə içməli suyun subartezian quyusundan verilməsi qərara alınıb.

Layihənin icrasına ötən ilin sonlarında başlanılıb və artıq subartezian quyusunun, 6,5 km uzunluğunda magistral və paylayıcı su xətlərinin tikintisi yekunlaşıb. Suyun optimal idarə olunması məqsədilə magistral su xətlərinin üzərində siyirtmə, hava və suburaxıcı sistemlər quraşdırılıb. Hazırda subartezian quyusunun işə salınması üçün elektrik təchizatı sistemlərinin qurulması işləri görülür.

Qeyd edək ki, bundan əvvəl Ağdam rayonu ərazisində Türkiyə-Rusiya birgə Monitorinq Mərkəzinin tikintisi layihəsi çərçivəsində 2 km içməli su və 1,3 km tullantı su xətləri çəkilib, su anbarı, nasos stansiyası, infiltriasiya və septik qurğular inşa edilib.

Eyni zamanda, Ağdam şəhərinin və ətraf kəndlərin dayanıqlı və keyfiyyətli içməli su ilə təmin edilməsi məqsədilə 2 kəşfiyyat quyusu qazılıb və hazırda su mənbəyinin yaradılması istiqamətində tədqiqat işləri davam etdirilir.

Ümumilikdə işğaldan azad edilmiş ərazilərdə içməli su təchizatının yaxşılaşdırılması məqsədilə “Azərsu” ASC tərəfindən aparılan təxirəsalınmaz tədbirlər çərçivəsində 400-dək obyekt içməli su ilə təmin edilib.

Hazırda Şuşa, Kəlbəcər, Zəngilan şəhərləri və Hadrut qəsəbəsində “Azərsu” ASC-nin xidmət sahələri yaradılıb və fasiləsiz xidmət təşkil olunub.

“Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır“Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır“Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır“Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır“Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər