Portuqaliya Bakıda keçirilən çempionatda qalib gəldi

Portuqaliya Bakıda keçirilən çempionatda qalib gəldi















Gərgin mübarizə şəraitində keçən oyunun ilk hissəsində tərəflər hərəyə bir dəfə fərqləniblər

Bu gün Bakıda keçirilən 17 yaşlılardan ibarət komandalar arasında Avropa çempionatına yekun vurulub.

Finalda Portuqaliya ilə İspaniya qarşılaşıblar.

Piriney yarımadasını təmsil edən iki ölkənin yığmaları arasındakı həlledici qarşılaşma 8-ci kilomter qəsəbə stadionunda keçirilib.

Gərgin mübarizə şəraitində keçən oyunun ilk hissəsində tərəflər hərəyə bir dəfə fərqləniblər. İkinci hissədə isə qapılara qol vurulmayıb. Belə olan halda isə qalibi müəyyənləşdirmək üçün birbaşa penalti zərbələrinə keçilib.

Komandalar ilk 4 zərbəni dəqiq yerinə yetiriblər. Portuqaliyadan Fernandes 5-ci qolu vursa da, İspaniya millisinin kapitanı Morlanesin zərbəsi dirəyə tuş gəlib.

Beləliklə, Bakıda keçirilən qitə birinciliyinin qalibi Portuqaliya millisi olub.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər