“Putinə çox şans verdik, amma...” - Baş nazir Rusiya liderini hədələdi

“Putinə çox şans verdik, amma...” - Baş nazir Rusiya liderini hədələdi


Bütün dünyanın diqqəti Rusiya-Ukrayna böhranına yönəlib. Rusiya Prezidenti Vladimir Putin dünən axşam saatlarında separatçı Luqansk və Donetsk respublikalarının müstəqilliyini tanıyıb.

Teleqraf.com bildirir ki, Rusiyanın bu qərarı kəskin reaksiya doğurub və sanksiyaların önünü açmağa başlayıb.

ABŞ Prezidenti Co Bayden Rusiyanın müstəqilliyini tanıdığı Ukraynanın şərqindəki separatçı Donetsk və Luqansk vilayətləri ilə ticarəti qadağan edən fərman imzalayıb. Almaniya "Şimal axını 2" təbii qaz kəməri layihəsini dayandırıb. Son sanksiya qərarı İngiltərədən gəlib. İngiltərə Baş naziri Boris Conson 5 Rusiya bankını sanksiya siyahısına saldıqlarını açıqlayıb.

Conson Putinə hər cür diplomatik şans verdiklərini deyib:

"Rossiya", "IS Bank", "General Bank", "Promsvyazbank" və "Blacks Sea Bank"ına sanksiya tətbiq etmək qərarına gəldik. Bundan başqa, sərvəti çox olan 3 nəfərə də sanksiya qərarı verdik. Bu insanların İngiltərədəki bütün aktivlərini dondururuq. Bu insanlar İngiltərəyə girə bilməyəcəklər".

Adı çəkilən şəxslər arasında Gennadi Timçenko da var. Putinə yaxınlığı ilə tanınan Timçenko enerji, infrastruktur və tikinti sektorlarında çox fəaldır. Rəsmi məlumata görə, Rusiyanın 6-cı ən varlı adamı olan Timçenkonun sərvətinin təxminən 19 milyard dollar olduğu təxmin edilir.

Conson işğal davam etdikcə sanksiyaların da artacağını bildirib:

"Bu, hazırladığımız ilk maneə olacaq. İşğal vəziyyətində daha çox sanksiyalar olacaq. ABŞ və Avropa ilə birlikdə vəziyyət böyüdükcə sanksiyaları da gücləndirəcəyik".

Baş nazir Krım ilhaq edilərkən Rusiyaya qarşı kifayət qədər sərt olmadıqlarını da etiraf edib:

"Rus qazından asılılığı aradan qaldırmalıyıq. Bütün NATO müttəfiqlərini qorumalıyıq. Putinin uğursuz olduğunu görməliyik. Bütün Avropa və NATO bunun üçün bir araya gəlməlidir. İngiltərə bunun üçün əlindən gələni edəcək. Biz güc tətbiq etməkdən qaçmalıyıq, bunun bədəli ağır olacaq".Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər