Rusiya ordusunun 60%-i hazırdır: Kiyevi sürətlə ələ keçirir...

Rusiya ordusunun 60%-i hazırdır: Kiyevi sürətlə ələ keçirir...


Rusiya Ukraynanı işğal etmək üçün çoxyönlü plan hazırlayıb. Plana əsasən Rusiya ordusu Krım və Belarus istiqamətindən Ukraynaya girəcək, ardınca ölkənin şərqindən sürətlə Kiyevə irəliləyib Rusiyanın adamını hakimiyyətə gətirəcək və orada oyuncaq rejim quracaq.

Virtualaz.org xəbər verir ki, plana əsasən Rusiya ordusunun Donbas istiqamətindən Ukrayna ərazisinə daxil olacaq hissələrinin vəzifəsi Ukrayna ordusunun döyüş qabiliyyətli hissələrinin diqqətini özünə cəlb etmək, nəticədə onların Kiyevi müdafiə etmək imkanlarını məhdudlaşdırmaqdır. Plan qoşunların sürətli hərəkətini nəzərdə tutduğundan Rusiya Müdafiə Nazirliyi Kiyevə irəliləmək üçün əsasən yüngül zirehli texnikadan istifadəni nəzərdə tutur.

Qəzetin yazdığına görə, hazırda Rusiyanın Ukrayna sərhədlərinə cəmləşdirdiyi qoşunların miqdarı 130 mini keçir, daha 20 minlik qüvvə isə cəmləşmə rayonlarına hərəkət etmək üçün hazır vəziyyətdə gözləyir.

“Canlı qüvvə və texnikanın cəmləşdirilməsi olduqca narahatlıq doğuran səviyyəyə çatıb. Bunun məqsədi işğaldır. Daha 15 batalyon-taktiki qruplaşması Ukrayna sərhədlərinə doğru yola çıxmağa hazırlaşır”, - qəzetə danışan hərbi qaynaq bildirib. Həmin mənbə deyib ki, qoşunlara dəniz və hava dəstəyi üçün də bütün hazırlıqlar görülüb, Rusiyanın bir çox hərbi birləşmələrində məzuniyyətlər ləğv edilib. Hazırda Rusiya ordusunun təxminən 60 faizinin Ukraynaya hücum üçün hazır vəziyyətdə olduğu bildirilir.

Mənbələr deyirlər ki, Prezident Vladimir Putin hücum planının detalları üzərində generallarla müzakirələr aparır. Belarusda cəmləşdirilmiş Rusiya qoşunları Kiyevə cəmi 6 saata çata bilər. “Rusiya qüvvələri Kiyev küçələrində döyüşə girməyi istəmir və məqsəd paytaxtda qansız çevriliş həyata keçirərək Moskvaya sadiq birini hakimiyyətə gətirməkdir”, - digər mənbə belə deyib.

Lakin mənbə deyib ki, Rusiya ukraynalıların öz ölkələrini müdafiə etmək əzmini ciddiyə almır, əslində isə ukraynalılar şiddətli müqavimət göstərə və nəticədə işğal cəhdi qanlı müharibəyə çevrilə bilər. Bu isə hər iki tərəfdən çoxsaylı itkilər deməkdir.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər