Kritik 10 gün: Rusiya Çini gözləyir - Müharibə hər an başlaya bilər

Kritik 10 gün: Rusiya Çini gözləyir - Müharibə hər an başlaya bilər


Rusiya-Ukrayna qarşıdruması və Rusiyanın istənilən an bu ölkəyə hərbi müdaxilə edəcəyi ilə bağlı məsələsi dünya mediasının diqqət mərkəzindədir.

Türkiyənin “haber7” media orqanı “Rusiya Çini gözləyir” başlıqlı məqaləsində yazır ki, Rusiya Çindəki Qış Olimpiadasının bitməsini gözləyir. Olimpiada bitər-bitməz Rusiya Ukraynaya hücum edəcək.

Məqalədə qeyd olunur ki, diplomatik səylərin davam etməsinə baxmayaraq ABŞ Rusiyanın bu həftə Ukraynanı işğal edəcəyini düşünür.

“Rusiyanın “məşqlər” adlandırdığı hərbi səfərbərlik və işğala ən böyük maneə kimi görünən Çin Olimpiadası bu həftə sonu başa çatır”- məqalədə deyilir.

Daha sonra qeyd olunub ki, yaxın bir neçə gündə Rusiyanın Ukraynaya müdaxiləsi baş verməsə belə, Avropanın təhlükəsizliyi və Şərq-Qərb münasibətlərinin gələcəyi ciddi bir dönüş nöqtəsindədir. Bu həftə proseslərin sülh yolu ilə həlli və ya Avropanın müharibədə olub-olmadığı müəyyən edilə bilər.

Avropanın soyuq müharibədən sonrakı təhlükəsizlik arxitekturasında uzun müddətdir razılaşdırılmış sərhədlər və adi hərbi, nüvə qüvvələrinin yerləşdirilməsi təhlükə altındadır.

“Növbəti 10 gün kritik gün olacaq” - Şimal-Qərb Universitetində beynəlxalq əlaqələrdən dərs deyən təqaüdçü diplomat və ABŞ-ın Gürcüstandakı hazırkı səfiri İan Kelli bildirib.

Bayden administrasiyası ABŞ kəşfiyyatının məlumatına əsasən işğalın çərşənbə günü istənilən vaxt baş verə biləcəyini və bu səbəbdən də Vaşinqton səfirlik işçilərini paytaxt Kiyevdən demək olar ki, hamısını təxliyə etdiyini söylədi. Prezident Co Bayden və Vladimir Putin arasında şənbə günü baş tutan telefon danışığı da gərginliyin azaldılması istiqamətində təsiri olmadı.

Moskva Ali İqtisadiyyat Məktəbinin Avropa Araşdırmaları Mərkəzinin rəhbəri Timofey Bordaçev deyib: “Rusiya və ABŞ Avropadakı gələcək düzəni ilə bağlı maraqların toqquşmasının zirvəsinə yaxınlaşır. Bu baxımdan tərəflər bir-birinə qarşı daha da irəli gedəcək hərəkətlərə əl ata bilər”.

Vaşinqton və NATO əsas təhlükəsizlik tələblərindən imtina etdikdən sonra Moskvadan rəsmi cavab gözləyirlər. Rusiyanın Ukrayna yaxınlığında böyük sayda hərbi qüvvə yerləşdirməsi və Belarusda keçirdiyi iri hərbi təlimləri başa çatacaq. Hazırda Belarusda olan rus qoşunlarının gələcəyi Kremlin niyyətlərinin qiymətləndirilməsində əsas rol oynayacaq.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər