Mahir Muradov: Ölkənin iqtisadi və sənaye potensialı dayanmadan artı

Mahir Muradov: Ölkənin iqtisadi və sənaye potensialı dayanmadan artı



“Prezident İlham Əliyevin təşəbbüsü ilə digər sahələrdə olduğu kimi, ölkənin enerji təminatının yaxşılaşdırılması istiqamətində də mühüm işlər görülür, elektrik enerjisi sahəsində infrastrukturun təkmilləşdirilməsi istiqamətində layihələr uğurla icra edilir. Bunun sayəsində ölkənin dayanıqlı enerji ilə təchizatına nail olunmaqla yanaşı, ixrac imkanları da genişlənir”. Bu fikirləri Konstitusiya Məhkəməsinin hakimi Mahir Muradov deyib.

Dövlətimizin başçısının “Qobu” Enerji Qovşağının açılışında iştirakı, səsləndirdiyi fikirlər Azərbaycanın uğurlu enerji strategiyası, istehlakçıların elektrik enerjisi ilə dayanıqlı və etibarlı təminatına əminliyi bir daha möhkəmləndirdi. “Müqayisə üçün ötən illərin göstəricilərinə nəzər saldıqda görərik ki, ölkəmizdə elektrik enerjisi istehsalı və təchizat zəncirində səmərəliliyin təmin edilməsində mühüm addımlar atılıb. Belə ki, 2019-cu ildə elektrik enerjisi istehsalı 2018-ci ilə nisbətən 3,3 faiz artaraq, 26 milyard kilovat/saata çatıb. Qeyd edilən artımın 92,7 faizi istilik elektrik stansiyalarının, 7,3 faizi digər mənbələrin payına düşür. 2020-ci ildə isə Azərbaycanda 27 milyard kilovat/saat elektrik enerjisi istehsal edilmiş və 1,6 milyard kilovat/saat ixrac olunub. Bu, rekord göstəricidir. Enerji sektoru ilə bağlı daha bir müsbət saldo ondan ibarətdir ki, əhəmiyyətli şəkildə ixrac potensialı formalaşıb. Ötən müddət ərzində Azərbaycan tərəfindən Türkiyə, Rusiya, Gürcüstan və İrana 1,6 milyard kilovat/saat elektrik enerjisi ixrac edilib. Neft, qaz, elektrik enerjisi ixracatı bu gün həm Azərbaycanın, həm qonşu ölkələrin və hətta Avropa ölkələrinin enerji təhlükəsizliyinə töhfə verir. Bu isə özlüyündə qeyri-neft sektorunun inkişafı sahəsində daha bir addım olmaqla yanaşı, ixrac səbətinin zənginləşdirilməsi ilə ölkəyə əlavə valyuta axını deməkdir”.

Gücü 750 meqavat olan Yaşma yarımstansiyanın və 385 meqavat gücündə “Qobu” Elektrik Stansiyasının istifadəyə verilməsinin birbaşa ölkənin enerji dayanıqlığına xidmət göstərəcəyini vurğulayan Konstitusiya Məhkəməsinin hakimi Mahir Muradov qeyd edib: “Ölkəmizdə müasir texnika və texnologiyalardan istifadə etməklə alternativ enerjinin əldə olunmasına da böyük diqqət ayrılır. Belə ki, “Azərenerji”nin 50 meqavatlıq külək elektrik stansiyası var. Azad edilmiş torpaqlarda keçən il “Güləbird”, “Suqovuşan-1”, “Suqovuşan-2”, Kəlbəcərdə Lev çayı üzərində 4 su elektrik stansiyası yenidən qurulub, həmçinin “Şükürbəyli” yarımstansiyası genişləndirilərək yenidən istifadəyə verilib, bu enerji obyektindən Şuşaya 75 kilometr uzunluğunda iki dövrəli 110 kilovoltluq elektrik verilişi xətti çəkilib və “Füzuli” yarımstansiyası ilə əlaqələndirilib”.

Cari ildə daha 5 su elektrik stansiyasının inşasının tamamlanmasının nəzərdə tutulduğunu diqqətə çatdıran Mahir Muradov orada da təqribən 25-30 meqavat gücündə stansiyaların olacağını bildirib. Onun sözlərinə görə, azad edilmiş torpaqlarda 9 min meqavatdan çox təsdiq edilmiş enerji potensialı var: “Beləliklə, enerji sahəsində dayanıqlı inkişafın təmin olunması və ixracın genişləndirilməsi üçün proses davamlı və nəticəyönümlü xarakter daşımaqla ölkənin iqtisadi və geosiyasi əhəmiyyətini artıracaq, əlavə valyuta qazandıracaq. Ölkəmiz təkcə neftdən, qazdan yox, eyni zamanda, elektrik enerjisindən də valyuta əldə edəcək”.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər