Ağdamla bağlı planlar: Açılacaq iş yerlərinin sayı və yatırım həcmi

Ağdamla bağlı planlar: Açılacaq iş yerlərinin sayı və yatırım həcmi


Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 13-də Ağdam rayonuna səfər ediblər. Səfər zamanı ölkə rəhbərliyi tərəfindən “Qarabağ” Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin və yarımstansiyaların açılışı ilə yanaşı şəhərdə yeni təməlqoymalar həyata keçirilib.

Milli Məclisin deputatı Vüqar Bayramov açıqlamasında bildirib ki, Ağdamın təsdiq olunmuş Baş Planına uyğun olaraq şəhərin mərhələli şəkildə tikintisi davam etdirilir:

“Baş Plan və aparılan işlər göstərir ki, Ağdam bərpadan sonra regionun sənaye mərkəzinə çevriləcək.

İşğaldan əvvəl rayonda istehsal edilən məhsullar keçmiş SSRİ-də xüsusi tanınıb. Məsələn, şərab məhsulları keçmiş SSRİ-də xüsusi müqayisəli üstünlüyə malik idi. Ağdamda yeni yaradılacaq sənaye parkında 110 milyon manatlıq sərmayə qoyuluşu nəzərdə tutulub ki, bu, 333 iş yeri və 33 sahibkarın prosesə cəlb olunması anlamına gəlir. Dövlət tərəfindən infrastruktur formalaşdıqdan sonra yalnız sənaye parkında deyil, digər istiqamətlərdə də investisiyaların cəlb edilməsi nəzərdə tutulur”.

Millət vəkilinin sözlərinə görə, Ağdam ölkəmizdə az saylı rayonlardandır ki, torpaqlarının 92 faizdən çoxu məhsuldardır: “Bu da aqrar sektorun inkişafına geniş imkanlar yaradır. Ağdamda kənd təsərrüfatının və sənayenin, iqtisadiyyatın digər sektorlarının inkişaf potensialı yüksəkdir.
Ağdama yerli investisiya ilə yanaşı, xarici investisiyanın da cəlb edilməsi proqnozlaşdırılır. Bu baxımdan yalnız kənd təsərrüfatı məhsulları deyil, sənaye məhsullarının istehsal edilməsi, onların bir qisminin daxili, bir qisminin xaricə ixrac edilməsi nəzərdə tutulur”.

Ağdamın eyni zamanda böyük turizm potensialına malik olduğunu deyən deputat rayonun təbiəti və tarixinin turist cəlb etmək baxımından üstünlüyü olduğunu vurğulayıb: “Ağdamda xüsusilə yay turizm imkanları genişdir. Ağdam istehsal olunan məhsulların bir qisminin Şimal-Cənub nəqliyyat dəhlizi ilə ixrac imkanına malik olacaq. Bu da rayonun qeyri-neft sektorunda ixracata xüsusi dəstəyindən xəbər verir”.

“İşğaldan azad edilən rayonlarımızda bərpa, yenidənqurma və iqtisadiyyatın formalaşması Azərbaycan iqtisadiyyatında artım tempini daha da sürətləndirəcək. İlkin proqnozlara görə, işğaldan azad edilən ərazilərimiz aqrar sektorda əlavə 10 faizə yaxın dəyərin yaradılmasına imkan verəcək ki, bu da sənayedə və Azərbaycan iqtisadiyyatında artım tempini daha da sürətləndirəcək”, - deyə V. Bayramov əlavə edib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər