Sabahdan bu qadağalar qüvvəyə minir - SİYAHI

Sabahdan bu qadağalar qüvvəyə minir - SİYAHI


Azərbaycanda buster doza ilə peyvəndlənməyənlər fevralın 15-dən şənlik mərasimlərdə iştirak edə bilməyəcək.

Bu, Nazirlər Kabinetinin 30 dekabr 2021-ci il tarixli qərarında öz əksini tapıb.

Belə ki, fevralın 15-dən etibarən 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində iştirak edən yaşı 18-dən yuxarı bütün qonaqların etibarlı olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatı və ya COVID-19-dan sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədi, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatı olmalıdır və şənlik mərasimlərində iştirak edən qonaqlar üçün tənəffüs yollarını qoruyan fərdi vasitələrdən məcburi istifadə tələb olunmur.

Həmçinin sabahdan bütün elm və təhsil müəssisələri işçiləri və ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan tələbələr üçün peyvənd sertifikatına dair yeni tələb qüvvəyə minir.

Eyni zamanda sabahdan restoran, mehmanxana və ticarət mərkəzlərində qapalı məkanda üçüncü doza peyvənd tələb ediləcək.

Qeyd edək ki, Nazirlər Kabinetinin 30 dekabr 2021-ci il tarixli qərarına əsasən peyvəndin 2-ci dozasının üzərindən 6 aydan çox keçmiş şəxslərin "Peyvənd sertifikatı" fevralın 15-dən etibarlı hesab edilməyəcək.

Koronavirusa qarşı Azərbaycanda tətbiq olunan vaksinlərdən hər hansı birinin hər iki dozasını vurduran şəxslərə "Peyvənd sertifikatı" verilir. "Peyvənd sertifikatı"nın etibarlılıq müddəti 6 aydır. Həmin müddət bitdikdən sonra peyvənd istehsalçısının istifadə təlimatında 2 doza vurulması nəzərdə tutulan peyvəndin 1 dozasını aldıqda "Peyvənd sertifikatı"nın qüvvədə olması müddətsiz olaraq uzadılır.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər