Baş prokuror "Tərtər işi" ilə bağlı xitam verilmiş qərarı ləğv edib

Baş prokuror "Tərtər işi" ilə bağlı xitam verilmiş qərarı ləğv edib


Baş prokuror "Tərtər işi" ilə bağlı bəraətverici əsaslar olmadan xitam verilmiş qərarı ləğv edib.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Quliyev Elçin Mətləb oğlu barəsində dövlətə xəyanət ittihamı ilə aparılan cinayət təqibinə öldüyünə görə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qəbul edilən 19 dekabr 2017-ci il tarixli qərar qanunsuz və əsassız olduğundan Baş prokuror tərəfindən ləğv edilib.

"Onunla əlaqədar bütün halların tam, hərtərəfli və obyektiv araşdırılmaqla yekun qərarın qəbul edilməsi təmin ediləcəkdir", - məlumatda qeyd olunub.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər