Azərbaycanda kasetli bomba partladı: Ölən var

Azərbaycanda kasetli bomba partladı: Ölən var


Yevlax rayonunda Vətən müharibəsi dövründə ermənilərin atdığı kasetli bomba qalığının partlaması faciəyə səbəb olub.

Trend verdiyi məlumata görə, hadisə rayonun Aran qəsəbəsində baş verib. Qəsəbə sakini, 1996-cı il təvəllüdlü İsmayıl Mikayılov qəsəbənin otlaq sahəsində qoyun otararkən ərazidəki şübhəli əşyaya toxunub. Nəticədə həmin əşya partlayıb və o, aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Hadisə yerinə dərhal polis və prokurorluq orqanlarının əməkdaşları gələrək hadisə yerinə və meyitə baxış keçirib, məhkəmə tibb ekspertizası keçirilib.

Faktla bağlı Yevlax Rayon Prokurorluğunda cinayət işi başlanıb.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər