Koronavirusun "Omikron" ştamının nə qədər yaşadığı bəlli olub

Koronavirusun "Omikron" ştamının nə qədər yaşadığı bəlli olub


Yapon tədqiqatçıları koronavirusun “Omikron” ştamı ilə bağlı araşdırma aparıblar.

Xarici KİV xəbər verir ki, Kyoto Dövlət Universiteti Tibb Fakültəsinin araşdırmaları ilə koronavirusun “Omikron” variantı plastik səthlərdə və insan dərisində sələflərinə nisbətən daha uzun müddət aktiv qaldığını müəyyən edilib.

Qeyd olunub ki, “Omicron”un səthlərdə daha uzun müddət qalması onun sürətlə yayılmasına və dominant varianta çevrilməsinə kömək edir.

Laboratoriya testləri ilə koronavirusun orijinal variantının plastik səthdə 56 saat “Alpha” variantının 191,3 saat, “Beta” variantının 156,6 saat, “Gamma” variantının 59,3 saat, “Delta” ştamının isə 114 saat qaldığı aşkarlanıb.

“Omikron” üçün isə bu müddət 193,5 saat olaraq ölçülüb.

Tədqiqatçılar bildirirlər ki, spirt əsaslı əl təmizləyicilərinin istifadəsi ilə bütün variantlar 15 saniyə ərzində fəaliyyətsiz olur.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər