Gəncə Tibb Kolleci respublikamızın qərb regionunda orta ixtisaslı tibb kadrları hazırlayan yeganə Dövlət təhsil müəssisəsidir

Gəncə Tibb Kolleci respublikamızın qərb regionunda orta ixtisaslı tibb kadrları hazırlayan yeganə Dövlət təhsil müəssisəsidir



Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Gəncə Tibb Kollecinin direktoru əməkdar həkim Mehman Rzayevin keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Gəncə Tibb Kollecinin direktoru əməkdar həkim Mehman Rzayev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Mehman Rzayev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Karantin dövründə də rayonda yaşayan sakinlərin evlərinə ərzaq bağlamaları göndərilmişdir.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Gəncə Tibb Kollecinin direktoru əməkdar həkim Mehman Rzayevə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Gəncə Tibb Kollecinin direktoru əməkdar həkim Mehman Rzayevdir.

Gəncə Tibb Kollecinin direktoru əməkdar həkim Mehman Rzayev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Mehman Rzayev bu işin müqəddəsliyini qoruyub saxlayır. Mehman Rzayev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Mehman Rzayevdən danışdılar yaxşı ki, Mehman Rzayev Gəncə Tibb Kollecinin direktorudur… Mehman Rzayev öz isguzarlığı ilə tanınır və seçilir….

Mehman Rzayev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Mehman Rzayev böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Mehman Rzayev yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Mehman Rzayevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Mehman Rzayev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Mehman Rzayev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Gəncə Tibb Kollecinin direktoru kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Mehman Rzayev özünü doğruldub. Bizdə hörmətli Mehman Rzayevi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

******

Gəncə Tibb Kollecininin əsası 1931-ci ildə Az.SSR-nin Xalq Səhiyyə komissarlığının qəraraı ilə ilk orta ixtisas Tibb Politexnikumu kimi yaradılmışdır. Sonradan Feldşer - Mama Məktəbinə çevrilmişdir. 1939-cu ildən N.K.Krupskaya adına Kirovabad baza Tibb Məktəbi , 1989-cu ildən Gəncə Tibb Məktəbi , 2010-cu ilin iyun ayından Gəncə Tibb Kolleci adlandırılmışdır (Nazirlər Kabinetinin 16 iyun 2010-cu il tarixli 112 saylı qərarı ilə Səhiyyə Nazirliyinin 25.06.2010 47 saylı əmrinə əsasən)

Gəncə Tibb kolleci dövlət statuslu təhsil müəssisəsidir. Orta ixtisas təhsilli mütəxəssislər hazırlayır.

Gəncə Tibb Kollecində :

- Müalicə işi

- Mamalıq işi

- Tibbi profilaktika

- Laborator diaqnostika

- Ortopedik stomatologiya

- Əczaçılıq işi

-Tibb bacısının işi

ixtisası üzrə tələbələr təhsil alır.

Hazırda kollecdə 730 nəfər tələbə təhsil alır.Təhsil forması əyanidir. Gəncə Tibb Kollecində 88 nəfər təcrübəli və savadlı həkim –müəllim heyəti çalışır.

Gəncə Tibb Kolleci respublikamızın qərb regionunda orta ixtisaslı tibb kadrları hazırlayan yeganə Dövlət təhsil müəssisəsidir.

Fəaliyyət göstərdiyi müddətdə Respublikamızın səhiyyə müəssisələri üçün on minlərlə orta ixtisas tibb işçiləri hazırlanmışdır. Gəncə Tibb Kollecində həmçinin orta tibb işçisi və əczaçı ixtisas təhsilli tibb işçilərinin ixtisaslaşdırma və təkmilləşdirmə kursları da fəaliyyət göstərir.

Kollecimizdə təhsil almış və alan bütün tələbələrə seçdikləri bu şərəfli peşənin keşməkeşli həyat yolunda uğurlar diləyirik.

Gəncə Tibb Kollecinin direktoru Respublikanın əməkdar həkimi Rzayev Mehman Elman oğlu
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər