Mərkəzi Muğan Qış Otlaqlarının Su Təminatı Sistemləri İstismarı İdarəsi etibarlı əllərdədir - Allahverdi Əliyev

Mərkəzi Muğan Qış Otlaqlarının Su Təminatı Sistemləri İstismarı İdarəsi etibarlı əllərdədir - Allahverdi Əliyev













Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Mərkəzi Muğan Qış Otlaqlarının Su Təminatı Sistemləri İstismarı İdarəsinin rəisi Allahverdi Əliyevdir.

Vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən məmur problemi tarixən olmuş və gələcəkdə də olacaqdır. Bu problem yeni yaranmış gənc dövlətlərdə daha qabarıq şəkildə özünü biruzə verməkdədir. Təşəbbüskar Azərbaycan vətəndaşı, ictimai-siyasi proseslərdə ciddi şəkildə iştirak edən bir insan kimi, bu problem məni həmişə düşündürüb. Qəti qərara gəlmişəm ki, yaxşılara yaxşı deməyin, onların əsl qiymətini verməyin zamanı çoxdan yetişib.

Azərbaycanda meliorasiya və su təsərrüfatına rəhbərlik məqsədi ilə 1920-ci ildə Azərbaycan SSR Xalq Torpaq Komissarlığı nəzdində su şöbəsi yaradılıb, 1921-ci ildə onun adı dəyişdirilərək su təsərrüfatı şöbəsi adlandırılıb. 1925-ci ildə Azərbaycan SSR Ali İqtisadi Şurası nəzdində Azərbaycan Su Təsərrüfatı idarəsi (Azvodxoz) yaradılmışdır.
O, 1941-ci ildən Azərbaycan Su Təsərrüfatı Xalq Komissarlığı, 1946-cı ildən Azərbaycan SSR Su Təsərrüfatı Nazirliyi, 1966-cı ildən isə Azərbaycan SSR Meliorasiya və Su Təsərrüfatı Nazirliyi, 1993-cü ildən Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi adlandırılmışdır.
Azərbaycan Respublikası Prezidentinin «Aqrar bölmədə idarəetmənin təkmilləşdirilməsi haqqında» 23 noyabr 2004-cü il tarixli fərmanı ilə komitə ləğv edilərək Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi, «Meliorasiya və su təsərrüfatı sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında» 23 fevral 2006-cı il tarixli 372 nömrəli fərmanı ilə agentliyin bazasında Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti («Azmelsutəsərrüfat» ASC) yaradılmışdır. O, meliorasiya və su təsərrüfatı sahəsində dövlət xidmətləri göstərən və səhmləri dövlətə məxsus səhmdar cəmiyyətidir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 17 iyun tarixli 149 nömrəli qərarı ilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi və strukturu təsdiq edilmişdir.

Ölkəmizdə meliorasiya və irriqasiya işlərinin təməlinin XX əsrin əvvəllərində qoyulmasına baxmayaraq, onun əsas inkişafına ümummilli liderimiz Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrlərdə nail olunub. Həmin illərdə geniş quruculuq işləri aparılıb, iri su anbarları, hidroqovşaqlar, nasos stansiyaları, texniki cəhətdən müasir meliorasiya və irriqasiya sistemləri tikilib istifadəyə verilib, suvarılan torpaqların ümumi sahəsi 1,5 dəfədən çox artıb. Ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrdə meliorasiya və su təsərrüfatı kompleksinə 2,5 milyard manatdan artıq vəsait yönəldilib ki, bu da sovet hakimiyyəti dövrünün 50 ili ərzində bu sahəyə qoyulan vəsaitdən 2 dəfədən də çoxdur. Bu illərdə 200 min hektara yaxın yeni suvarılan torpaqlar kənd təsərrüfatı dövriyyəsinə cəlb edilib, 400 min hektara yaxın suvarılan torpaqların meliorativ vəziyyəti yaxşılaşdırılıb, 825 min hektar sahədə suvarma sistemləri yenidən qurularaq onların su təminatı artırılıb, 460 min hektar sahədə əsaslı hamarlama və 150 min hektara yaxın sahədə əsaslı yuma işləri aparılıb, texniki cəhətdən mükəmməl irriqasiya və meliorasiya sistemləri yaradılıb. Həmin müddətdə uzunluğu 20 min kilometrə yaxın olan suvarma kanalları, 15 min kilometrdən çox kollektor-drenaj şəbəkəsi, 350 nasos stansiyası, 4 min subartezian quyusu tikilib istifadəyə verilib, ümumi həcmi 3 milyard kubmetr olan su anbarları inşa edilib.

Bu illərdə Azərbaycanda xalq təsərrüfatının yeni ixtisaslaşmış sahəsi - meliorasiya və su təsərrüfatı kompleksi yaradılıb. Bu kompleks ölkə iqtisadiyyatının güclü istehsal bazasına, respublikanın, demək olar ki, bütün bölgələrində iri tikinti və istismar təşkilatlarına, elmi-tədqiqat və layihə-axtarış institutlarına malik olan müstəqil sahələrindən birinə çevrilib.
Səhmdar Cəmiyyəti öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarına, digər normativ hüquqi aktlara və öz nizamnaməsinə uyğun olaraq həyata keçirir.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC Nizamnaməsinə uyğun olaraq respublikada iqtisadiyyatın müxtəlif sahələrini su ilə təmin edir, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarını təşkil edir, suların istifadəsi və mühafizəsinə dövlət nəzarətini təmin edir, meliorasiya olunmuş torpaqlardan şor suların kənarlaşdırılmasını, sel və daşqın sularına qarşı mübarizə tədbirlərini həyata keçirir, yerüstü su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi baş sxemini, hövzə və ərazi sxemlərini müvafiq dövlət orqanları ilə birlikdə hazırlayır, transsərhəd su obyektlərindən istifadəni, meliorasiya və irriqasiya sistemlərinin dövlətlərarası birgə istismarını təmin edir, meliorasiya və su təsərrüfatı obyektlərinin tikintisi üzrə sifarişçi funksiyalarını həyata keçirir.


Mərkəzi Muğan Qış Otlaqlarının Su Təminatı Sistemləri İstismarı İdarəsinin rəisi Allahverdi Əliyev


Mərkəzi Muğan Qış Otlaqlarının Su Təminatı Sistemləri İstismarı İdarəsi etibarlı əllərdədir - Allahverdi Əliyev
Mərkəzi Muğan Qış Otlaqlarının Su Təminatı Sistemləri İstismarı İdarəsi etibarlı əllərdədir - Allahverdi Əliyev
Mərkəzi Muğan Qış Otlaqlarının Su Təminatı Sistemləri İstismarı İdarəsi etibarlı əllərdədir - Allahverdi Əliyev
Mərkəzi Muğan Qış Otlaqlarının Su Təminatı Sistemləri İstismarı İdarəsi etibarlı əllərdədir - Allahverdi Əliyev
Mərkəzi Muğan Qış Otlaqlarının Su Təminatı Sistemləri İstismarı İdarəsi etibarlı əllərdədir - Allahverdi Əliyev
Mərkəzi Muğan Qış Otlaqlarının Su Təminatı Sistemləri İstismarı İdarəsi etibarlı əllərdədir - Allahverdi ƏliyevБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər