Əbülfəs Qarayev: Müzəffər Ali Baş Komandan İlham Əliyevin gələcəyə xidmət edən strategiyası sayəsində regionun beynəlxalq statusu dəyişərək region ölkələrinin inkişafı üçün yeni imkanlar açdı

Əbülfəs Qarayev: Müzəffər Ali Baş Komandan İlham Əliyevin gələcəyə xidmət edən strategiyası sayəsində regionun beynəlxalq statusu dəyişərək region ölkələrinin inkişafı üçün yeni imkanlar açdı



Əbülfəs Qarayev - Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqına ünvanladığı tarixi müraciətində deyilirdi: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Böyük sözünə qulaq asan ziyan görməz deyiblər. Möhtərəm Prezidentimiz İlham Əliyev Ulu Öndərimiz Heydər Əliyevin layiqli davamçısı olmaqla yanaşı, xalqın etimadını və rəğbətini qazanmış bir prezident oldu. 30 illik bir həsrətə son qoyuldu. Xalqımız öz tarixi torpaqlarına qovuşdu. Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Ölkənin 30 ilə yaxın bi müddətdə, pozulmuş ərazi bütövlüyünün bərpası və xalqımızın mədəniyyət beşiyi hesab olunan Şuşanın azad olunması Prezident İlham Əliyevin Zəfər zirvəsinə çevrildi. 300 ilə yaxın idi ki, böyük qələbəyə ehtiyacı olan və on illər idi ki, ermənilərin hər dəfə müxtəlif azğınlıqları ilə qarşılaşan xalqımız və dövlətimiz nəhayət ki, qələbəyə imza ataraq tarixi ədaləti bərpa etməyə müvəffəq oldu. Belə ki, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı.
Belə bir əfsanəvi, fenomenal, dünya hərb tarixində analoqu olmayan qələbəni yalnız Ulu Öndər Heydər Əliyev dühasından nur almış, beynəlxalq aləmdə də müdrik, uzaqgörən, böyük siyasi dövlət xadimi, mahir diplomat kimi tanınmış, ata sözünə sadiq bir övlad İlham Əliyev qazana bilərdi. Bu Qələbə dövlətimizə, xalqımıza, rəşadətli ordumuza ağıllı, düşünülmüş rəhbərliyin, eləcə də mərd, şücaətli, fədakar oğullarımızın əsgər və zabitlərimizin torpaqlarımızın azad olunması naminə qəhrəmanlıqla döyüşən igidlərimizin, həmçinin bütün xalqın öz rəhbərinə olan sonsuz inamı, etibarı, məhəbbəti üzərində qurulmuş, Prezidentlə xalq birliyinin əbədi rəmzi - dəmir yumruğun gücü, qüvvəsi ilə mümkün oldu!
Qələbə bütün regiona sülh və davamlı inkişaf imkanını qazandırdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin gələcəyə xidmət edən strategiyası sayəsində regionun beynəlxalq statusu dəyişərək region ölkələrinin inkişafı üçün yeni imkanlar açdı.
Bu tarixi qələbəni xalqına yaşadan Prezident, ata vəsiyyətini uca tutan oğul, Vətəninin ən layiqli övladına çevrildi! Azərbaycan xalqı naminə çoxşaxəli və məsul fəaliyyətinizdə Sizə - Xalqın etimadını və rəğbətini qazanmış prezidentimiz yeni-yeni uğurlar!
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər