Putinin son hədəfi Ukrayna deyil

Putinin son hədəfi Ukrayna deyil


Rusiyanın mümkün işğalı nəticəsində 5 milyon ukraynalı qaçqın vəziyyətinə düşə bilər.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna müdafiə naziri Aleksey Reznikov deyib.

Ukrayna sərhədlərində 100 minə yaxın rus hərbçisinin olduğunu açıqlayan nazir işğal cəhdinin hər iki tərəf üçün fəlakət olacağını bildirib.

O, bu halda hər iki tərəfin çoxlu itkilər verəcəyini və 5 milyon ukraynalının qaçqın vəziyyətinə düşə biləcəyini, bundan başqa, ölkədəki 15 atom elektrik stansiyasının (AES) da təhlükə altında olacağını vurğulayıb.

Putinin son hədəfinin Ukrayna olmadığını düşündüyünü deyən Reznikov müharibə olacağı təqdirdə bunun Avropaya yayılacağını iddia edib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər