Hafiz Kərimov: Möhtəşəm Zəfər paradı Azərbaycanın gücünü və tarixi Qələbəmizi bütün dünyaya bir daha nümayiş etdirdi

Hafiz Kərimov: Möhtəşəm Zəfər paradı Azərbaycanın gücünü və tarixi Qələbəmizi bütün dünyaya bir daha nümayiş etdirdi


Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov - “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək”. O gün gəldi! Silahlı Qüvvələrin yaradılmasının 100 illik yubileyi münasibətilə 2018-ci il iyunun 26-da Bakının Azadlıq meydanında təntənəli hərbi paradda Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin səsləndirdiyi bəyanat iki il sonra – 2020-ci il dekabrın 10-da həmin ünvanda gerçəkləşdi. Vətən müharibəsində böyük Qələbəmizə həsr olunmuş Zəfər paradında “Mənim Ali Baş Komandanım, mənim əsgərim, mənim zabitim,”- deyə hər bir soydaşımız müzəffər Azərbaycan Ordusu ilə qurur duydu. Zəfər paradı- 17 ildə yaradılan hərbi strategiyanın, güclü ordu quruculuğunun məntiqi nəticəsinin nümayişidir. Ali Baş Komandanın 44 gündə böyük güclər qarşısında, diplomatik təzyiqlər önündə dəyanətinin, mərd duruşunun, əzminin təcəssümüdür! 27 sentyabrla başlayıb 44 gün davam edən müharibənin hər anı bir şanlı tarixdir. Vətən müharibəsində əldə edilmiş qələbənin şərəfinə keçirilən Zəfər paradı, şübhəsiz bu qələbənin tacıdır. Keçən ilin 10 dekabr tarixində keçirilən Zəfər paradı düşmənə göz dağı, dosta güvən demək idi. Zəfər paradında Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevlə yanaşı qardaş Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan və digər çoxsaylı diplomatik nümayəndə, səfir, yerli və xarici rəsmi qonaqlar iştirak etmişdilər. Paradda giriş sözü ilə çıxış edən Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bildirmişdir ki :

“Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Bizim azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq... Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik.”

Paradda 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirilmişdir, həmçinin müharibə zamanı qənimət kimi ələ keçirilmiş Ermənistan Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın bir qismi nümayiş olunmuşdur. Ələ keçirilmiş düşmən texnikasının plakatlarından hazırlanan “Qarabağ Azərbaycandır!” yazısı Türkiyə prezidenti R.T.Ərdoğanın da heyrətinə səbəb olmuşdur. Rəcəb Tayyib Ərdoğanın lirik məqamları ilə qəlblərə toxunan çıxışı Türkiyə Prezidentinin Azərbaycan coğrafiyasına, mədəniyyətinə, tarixinə, ədəbiyyatına yaxından bələd olduğunu göstərirdi: “Şəhidlərimizin fədakarlığı sayəsində Azərbaycan ərazi bütövlüyünü, şükür olsun, yenidən təmin etmişdir. Artıq Azərbaycan torpaqları illərdir həsrət qaldığı Tərtər çayının sularına qovuşmuşdur. Şuşanın dağlarının başındakı duman artıq dərdli deyil. Girov qalmış xarı bülbül artıq azaddır və daha gözəl açacaqdır. Köndələnçay artıq daha coşqun axacaq. Araz nəğməsini daha güclü oxuyacaq. Qarabağ şikəstəsini oxuyan nəfəslər daha yüksək, daha güclü olacaqdır. Gözəlliyinə qurban olduğumuz Laçın, Şuşa, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdam və Kəlbəcər artıq azaddır. Bu gün Azərbaycanın milli şairi, böyük mücahid Əhməd Cavadın, Nuru paşanın, Ənvər paşanın, Qafqaz İslam Ordusunun igid əsgərlərinin ruhunun şad olduğu gündür. Bu gün Azərbaycan şəhidlərinin sərdarı Mübariz İbrahimovun ruhunun şad olduğu gündür. Bu gün hamımız üçün, bütün türk dünyası üçün zəfər və qürur günüdür”. 10 dekabr Zəfər paradında ölkəmizin ədalətli mövqe tutması Prezident cənab İlham Əliyevin bu çıxışında özünü daha biruzə verirdi:

“Bizim Ermənistan torpağında siyasi və hərbi maraqlarımız yoxdur”.

Şuşa şəhəri azad edildikdən sonra, Azərbaycan hərbçiləri tərəfindən şəhər üzərində qaldırılan Zəfər bayrağı parada gətirilmişdir. Eyni zamanda paradda 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı türk əsgər və zabitləri iştirak etmişdir.Paradda ilk dəfə olaraq “Yarasa" Xüsusi Təyinatlı Dəstəsinin hərbi qulluqçuları iştirak ediblər. "Yarasa" Xüsusi Təyinatlı Dəstəsi Azərbaycan Ordusunun elit və ən gizli xüsusi bölməsi hesab olunur. Komandirlərin adları belə gizli saxlanılır. “Yarasa” xüsusi təyinatlıları Qubadlı döyüşləri zamanı daha aktiv iştirak edib. Paradda eyni zamanda düşmənə ən ağır zərbələri vuran və müasir silah arsenallarında xüsusi yer tutan İsrail istehsalı “Harop” və Türkiyə istehsalı “Bayraktar” pua və dronları nümayiş etdirilmişdir.Prezidentin həm Zəfər paradında, həm də müharibə vaxtı söylədiyi : “Azərbaycan əsgəri bir addım da olsun geri çəkilmədi” ifadəsi əslində xalqımızın və ordumuzun əzmkarlığının bariz nümunəsi idi.Son zamanlarda nüfuzlu bir medya orqanı olan- "Europamapas" sorğu mərkəzi dünya dövlətləri arasında ən vətənpərvər əhalisi olan ölkələrin siyahısını müəyyən edib. Hazırlanan infoqrafikada Azərbaycan əhalisi öz vətəni uğrunda döyüşməyə hər an hazır olan ölkələr arasında birinci yerdə qərarlaşıb. Bu da rəhbər, xalq və ordu birliyinin bir başqa və gerçək nümunəsidir.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər