Azərbaycan Dövlət Aqrar Universitetində silsilə tədbirlər davam edir - ÖZƏL

Azərbaycan Dövlət Aqrar Universitetində silsilə tədbirlər davam edir - ÖZƏL


İkili diplom proqramı çərçivəsində ADAU-da fəaliyyət göstərən alim mötəbər elmi mükafata layiq görülüb

Azərbaycan Dövlət Aqrar Universitetində silsilə tədbirlər davam edir - ÖZƏL


Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və Türkiyənin Ege Universiteti arasında 09.08.2021 tarixində imzalanan "İkitərəfli Əməkdaşlıq Protokolu"na əsasən Aqrar Universitetdə tədqiqat və təhsilin keyfiyyətini təkmilləşdirmə fəaliyyəti çərçivəsində fəaliyyət göstərən Ege Universitetinin professoru Jale Yanık Türkiyənin mötəbər elmi mükafatı sayılan “TUBİTAK elm mükafatı”na layiq görülüb.

Qeyd olunan mükafat TÜBİTAK tərəfindən hər il elmi və texnoloji sahələrdə tədqiqat və təkmilləşdirmə fəaliyyətlərini dəstəkləmək, alim və tədqiqatçıların yetişdirilməsi və inkişafı üçün imkanlar təmin etmək məqsədi ilə "TÜBİTAK Elm, Üstün xidmət və Təşviq Mükafatları" verilir.

2021-ci ildə isə TÜBİTAK İdarə Heyəti tərəfindən 3 Elm Mükafatı və 14 Təşviq Mükafatının verilməsi qərara alınıb. Elm mükafatına layiq görülən şəxslərdən biri də üzvi kimya elm sahəsində elmi tədqiqatlar aparan və hazırda ADAU-da ezamiyyətdə olan professor Jalə Yanık olub. O, “Enerji və yanacaq sahəsində tullantı və qalıqlardan istilik prosesləri ilə, qatı yanacaq, bio-yağ, hidrogen və adsorbent istehsalı üzrə yüksək keyfiyyətli beynəlxalq tədqiqatlara görə” bu elmi ada layiq görülüb.

Mükafatçıların elan olunmasından sonra ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov universitetin Elmi Şurasının üzvlərin də iştirakı ilə Jalə xanımla görüş keçirib, onu elmi mükafatı qazanması münasibəti ilə təbrik edərək və gələcək işlərində uğurlar arzulamışdır.

Azərbaycan Dövlət Aqrar Universitetində silsilə tədbirlər davam edir - ÖZƏL
Azərbaycan Dövlət Aqrar Universitetində silsilə tədbirlər davam edir - ÖZƏL


Aqrar Universitetdə gənc müəllimlərlə görüş keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetində silsilə tədbirlər davam edir - ÖZƏL


Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Türkiyənin Ege Universitetindən olan bir qrup professor-müəllim heyəti ilə ADAU-nun gənc müəllimləri arasında görüş baş tutub.

Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov, Elmi işlər üzrə prorektor Azad İbrahimov və Elm şöbəsinin müdiri Elçin Nəsirovun iştirak etdiyi görüşdə Ege Universitetinin professor-müəllim heyəti Web of Science, Scopus və Springer kimi elmmetrik bazalarda məqalələrin nəşri, nəşr olunan məqalələrə istinad sayının artırılması və bu elmmetrik bazaların günümüzdə elmi əsərlərə olan tələbləri ilə bağlı məsələləri müzakirə ediblər.

Həmçinin beynəlxalq nüfuzlu elmmetrik bazalarda məqalələrin nəşri üçün ehtiyac duyulan statistik proqramlardan (SPSS, Eviews, Stata, Amos və s) bəhs edilib və qeyd olunan proqramların gələcəkdə ADAU-da tədrisi ilə bağlı məsələlər, doktorantların xaricdə tədqiqat imkanları, ikili elmi rəhbərlə tədqiqat aparılması imkanları müzakirə olunub.

Azərbaycan Dövlət Aqrar Universitetində silsilə tədbirlər davam edir - ÖZƏL
Azərbaycan Dövlət Aqrar Universitetində silsilə tədbirlər davam edir - ÖZƏL


ADAU-da təhsilin keyfiyyətini təkmilləşdirmə istiqaməti üzrə növbəti seminar İsmayıl Türkan tərəfindən keçilib

Azərbaycan Dövlət Aqrar Universitetində silsilə tədbirlər davam edir - ÖZƏL


Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və Türkiyənin Ege Universiteti arasında 09.08.2021-ci il tarixində imzalanmış protokola əsasən beynəlxalq İkili diplom proqramı çərçivəsində ADAU-ya dəvət olunmuş Ege Universitetinin professor-müəllim heyəti tərəfindən təhsilin keyfiyyətini təkmilləşdirmə fəaliyyəti üzrə universitetin fakültələrində seminarların keçirilməsi prosesi davam edir.

Növbəti seminar Ege Universitetinin professoru İsmayıl Türkan tərəfindən “Bitki Biyolojisinde Gelişmeler” mövzusunda təşkil olunub.

Tədbirdə Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov, Elm şöbəsinin müdiri Elçin Nəsirov, Aqronomluq fakültəsinin dekanı Məhərrəm İsmayılov, Aqronomluq və Torpaqşünaslıq və aqrokimya fakültələrinin professor-müəllim heyəti, bakalavr və magistr tələbələri iştirak ediblər.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Azərbaycan Dövlət Aqrar Universitetində silsilə tədbirlər davam edir - ÖZƏLAzərbaycan Dövlət Aqrar Universitetində silsilə tədbirlər davam edir - ÖZƏL
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər