Zirvə görüşündə İranın Azərbaycana qarşı diqqət çəkən mövqeyi - AÇIQLAMA

Zirvə görüşündə İranın Azərbaycana qarşı diqqət çəkən mövqeyi - AÇIQLAMA


"İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Aşqabadda 15-ci Zirvə görüşü, oradakı ab-hava, imzalanan sənədlər, Azərbaycan Prezidenti cənab İlham Əliyevin çıxışı və keçirdiyi görüşlər ölkəmizin gələcəyi ilə bağlı çox böyük əhəmiyyət kəsb edir".

Bunu “Ölkə.Az”a açıqlamasında millət vəkili Vahid Əhmədov deyib.

Onun sözlərinə görə, İƏT-ni bir növ Türk Dövlətləri Təşkilatının davamı kimi qiymətləndirmək olar: “Çünki İƏT-də təmsil olan ölkələrin əksəriyyəti Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrdir”.

Deputat əlavə edib ki, Zirvə görüşündə diqqət çəkən məqam İranın Azərbaycana qarşı siyasətindəki sərgilədiyi mövqedir: “Artıq İranın Azərbaycana qarşı siyasətində yumşalma və əməkdaşlıq niyyətləri özünü açıq büruzə verir. İlk dəfə olaraq türkmən qazının Azərbaycana nəqli ilə bağlı İranla müqavilə imzalanması çox böyük uğurdur. Bu isə gələcəkdə İranın Azərbaycanla əlaqələrinin daha da inkişaf etməsinə təkan verən amildir. O baxımdan Zirvə görüşündə Azərbaycan və İran prezidentlərinin görüşü çox mühüm əhəmiyyət kəsb edir.
İran da artıq 44 günlük müharibədən sonra Azərbaycanın bölgədə yaratdığı reallığı, Türk Dövlətləri Təşkilatının bu coğrafiyada yeni situasiya yaratdığını gördüyündən öz siyasətində yumşaltmaya getmək məcburiyyətində qalıb. Düzdür, burada Türkiyə Prezidenti R.T.Ərdoğanın da sərgilədiyi mövqeyin müstəsna rolu var. Onun indiyədək və Zirvə görüşündə Azərbaycan, Qarabağ və Zəngəzur dəhlizi ilə bağlı açıqlaması öz təsiri göstərir. Digər tərəfdən Azərbaycan, Türkiyə, Pakistan və İran prezidentlərinin görüşü də gələcək münasibətlərdə öz müsbət təsirini göstərəcək. Odur ki bütün parametrlərinə görə, Zirvə görüşünü Azərbaycanın maraqları baxımından yüksək qiymətləndirirəm. Zirvə görüşündə əldə olunan nəticələr təkcə üzv ölkələr arasında ticari-iqtisadi əlaqələr baxımından deyil, həm də siyasi məsələlərin həlli üçün böyük əhəmiyyət kəsb edir”.

Deputat onu da bildirib ki, bu Zirvə toplantısı Azərbaycanın beynəlxalq arenada açıq-aydın şəkildə önə çıxan ölkə olduğunu göstərdi: “44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi qələbə və bunun nəticəsində bölgədə yaratdığı yeni geosiyasi reallıq, eyni zamanda işğaldan azad olunan ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq işlərini görən dövlətlər, ölkəmizin sürətlə inkişaf etməkdə olan bir dövlət olduğunu yaxşı anlayırlar. Həmin ölkələr Azərbaycanın heç bir xarici maliyyə dəstəyi olmadan öz problemlərini həll etmək iqtidarındadır. Digər tərəfdən Azərbaycan Prezidentinin yürütdüyü siyasət açıq siyasətdir. Kim Azərbaycanla səmimi münasibətlər qurmaq istəyirsə, qapı onun üzünə açıqdır. Hesab edirəm ki, Türk Dövlətlər Təşkilatının inkişafı İƏT-nin də inkişafına və genişlənməsinə öz müsbət təsirini göstərəcək. Bu da öz növbəsində bu coğrafiyada sabitliyə və inkişafa öz töhfəsini verəcək”.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər