Niyazi Bayramov: Doğumu və ölümü unutulmayan lider Heydər Əliyev

Niyazi Bayramov: Doğumu və ölümü unutulmayan lider Heydər Əliyev












Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü geniş qeyd olunur

Tarixi şəxsiyyətlər sırasında türk dünyasının öndərlərindən biri kimi Heydər Əliyevdən bəhs olunan "Türk dünyası" kitabının Heydər Əliyev Mərkəzində Azərbaycan bələdiyyələrinin milli assosiasiyalarının və Türk Dünyası Bələdiyyələr Birliyinin birgə təşkilatçılığı ilə keçirilmiş və ədliyyə işçilərinin də qatıldığı geniş təqdimat mərasimi xüsusilə əlamətdar olub.

Ulu Öndərlə bağlı tarixi günlərin adətən dünyanın hər yerində qeyd olunması, müxtəlif xalqların təmsilçilərinin onun haqqında böyük fikirlər söyləməsi çox maraqlı məqamdır. Çünki adətən bir xalq digərinin siyasi liderinə ya biganə, ya da qısqanc yanaşır. Yalnız böyük tarixi şəxsiyyətlər hər yerdə maraq və ehtiram doğururlar. Ulu öndərin anılma coğrafiyası onun da məhz bu kateqoriyaya aid olduğunu təsdiqləyir. Belə ki, Amerika konqresmenlərindən tutmuş, Rusiya prezidentinə qədər dünyanın hər yerində Heydər Əliyevin barəsində xoş sözlər deyilirsə, bu, bir şeyi təsdiqləyir: Onun məhz dünya miqyaslı tarixi şəxsiyyət olmasını. Heydər Əliyevin tarixi rolu dünyada getdikcə daha böyük qiymət alır. Məhz buna görə müxtəlif ölkələrdə Ulu Öndərə abidələr qoyulur, muzeylər açılır... Axı böyük şəxsiyyətlər bir xalqa aid olmurlar! Böyük şəxsiyyələr bütün dünyaya məxsusdurlar. Məhz bu səbəbdən biz digər xalqların yetirdiyi dahi insanları öyrənir, tanıyr və sevirik. Və məhz bu səbəbdən başqa xalqlar da bu dahi insana belə maraq göstərirlər.

Adı tarixdə sadəcə qalan insanları "tarixi şəxsiyyət" adlandırırıq; amma elə insanlar da var ki, onlar tarixdə sadəcə qalmırlar, onlar tarixin axarını dəyişirlər. Bu insanlar əslində tarixi şəxsiyyətdən daha artıqdırlar. Zamanı durmadan axan çaya bənzətsək, belə insanlar həmin çayın üstündə qurulan işıq bəndləridirlər; tarix onlardan keçdikcə xalqlarının gələcəyini işıqlandırır. Onlar hər mənada zamanın enerjisini alıb, xalqlarına ötürürlər.

Belə insanlar tarixin dönüş nöqtələridirlər; xalqlarının tarixi bu şəxsiyyətlərə çatanda yönünü dəyişir və qaranlıqdan aydınlığa, tənəzzüldən inkişafa doğru dönür. Buna görə də onları tarixi şəxsiyyət yox, tarixi fenomen kimi qəbul etmək, öyrənib dərk etməyə çalışmaq gərəkdir.

Ulu Öndər siyasət ustası olmaqla yanaşı, dünya siyasətinə tamam fərqli, indiyə qədər bənzəri olmayan bir lider tipi gətirmişdi. Heydər Əliyev fenomeninin araşdırılması siyasət elminə xeyli maraqlı ideyalar gətirə bilər. Yəni tariximizdə Heydər Əliyev kimi şəxsiyyətin olması faktı bu yolla Azərbaycanın həm də intellektual sərvətinə çevrilməlidir. Necə ki, bu ölkənin Varlığı və Müstəqilliyi başda olmaqla, bütün sərvətlərinin qaynağında Milli Lideri dayanır

Niyazi Bayramov Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər