Rəcəb Babaşov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur

Rəcəb Babaşov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur



Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Rəcəb Babaşov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovdur.

Karantin dövründə də rayonda yaşayan sakinlərin evlərinə ərzaq bağlamaları göndərilmişdir.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Bu gün “Qarabağ” ordenli Vətən müharibəsi şəhidi gizir Anar Nağıyevin ildönümü qeyd edilib

Rəcəb Babaşov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur


2020-ci il! O ildir ki, həmin ildə Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu cəmi 44 gün davam edən Vətən müharibəsində - İkinci Qarabağ savaşında qazandığı tarixi Qələbə ilə hərb tariximizə qızıl hərflərlə yazıldı. Vətənin igid, mərd, qəhrəman oğulları haqq savaşında şanlı Qələbə qazanaraq 30 il davam edən işğala son qoydu, ərazi bütövlüyümüzü bərpa etdi. 27 sentyabr-10 noyabr tarixlərini əhatə edən həmin şanlı salnamənin müəllifi isə Ali Baş Komandan İlham Əliyev və Azərbaycan əsgəri oldu.
Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən, ən uca zirvəyə - Şəhidlik məqamına yüksələn igid Vətən oğullarından biri də gizir Nağıyev Anar Sahib oğludur.
Döyüşdə göstərdiyi qəhrəmanlığa görə ölkə Prezidenti İlham Əliyev tərəfindən ölümündən sonra bir orden, beş medalla təltif olunmuş igid şəhidimizin uğrunda canını fəda etdiyi torpağa tapşırıldığı gündən 1 il ötür.
Bu gün Vətən uğrunda Şəhidlik zirvəsinə ucalmış Anar Nağıyevin ata ocağında ildönümü qeyd olunub, şəhidimizin ruhuna dua oxunub, əziz xatirəsi ehtiramla yad edilib.
İldönümü mərasimində Qazax Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Azərbaycan Respublikası "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi”nin Qazax rayon filialının, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax rayon şöbəsinin sədrləri və üzvləri, Vətən müharibəsi qaziləri, iştirakçıları, şəhid ailələri, şəhidimizin vaxtilə təhsil aldığı Saqif Nəsirov adına Ürkməzli kənd tam orta məktəbin müəllim və şagirdləri, şəhidimizin döyüş yoldaşları, ailə üzvləri, yaxınları, doğmaları, kənd sakinləri iştirak ediblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhidimizə Allahdan rəhmət diləyib, əziz xatirəsini ehtiramla yad edib, səmimi ürək sözlərini çatdırıb. 44 günlük Vətən müharibəsindən, həmin müharibədə qazandığımız tarixi Qələbədən söz açan rayon rəhbəri 8 noyabrda qeyd etdiyimiz şanlı Zəfərin Anar kimi oğullarımızın sayəsində əldə olunduğunu, buna görə onlara borclu olduğumuzu bildirib. İllər ötsə belə tarixi Qələbənin müəllifi olan Ali Baş Komandanı, hərbçilərimizi, şəhidlərimizi, qazilərimizi xalqımızın heç zaman unutmayacağını qeyd edib. "Qürurla qeyd etdiyimiz şanlı Zəfərdə payı olan Anar kimi qəhrəman oğullarımız qanları ilə dastan yazdılar. Bu gün hər bir Azərbaycan vətəndaşı Anar tək qəhrəmanlarımızla fəxr edir, onların xatirəsini daim uca tutmaq, adını yaşatmaq hər birimizin borcudur”, - deyən icra başçısı Vətən müharibəsində canlarını torpaq üçün fəda edən bütün şəhidlərimiz kimi, Anar Nağıyevin də Azərbaycan xalqının, qazaxlıların qəlbində əbədi yaşayacağını vurğulayıb. Ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, qazilərimizə göstərdikləri qayğının hər kəsə örnək olduğunu bildirən icra başçısı həmin qayğının Qazaxda da hər zaman nümunə götürüldüyünü söyləyib. Şəhid ailələrinə göstərilən qayğının bundan sonra da olduğu kimi davam etdiriləcəyini qeyd edib.
Şəhidimizin ildönümündə iştirak edən döyüş yoldaşlarından Rəşad Novruzov, Elşən Lalayev igid Vətən oğlu Anar haqqında ürək sözlərini çatdırıblar. Anarın döyüş meydanında göstərdiyi igidlikdən, şücaətdən, qəhrəmanlıqdan söz açan yoldaşları onun bütün Azərbaycan xalqının qəhrəmanı olduğunu bildiriblər. İgid oğullar böyüdən ataların, anaların da qəhrəman olduqlarını və onlarla qürur duyduqlarını söyləyiblər. Anarın ailəsini öz ailələri hesab etdiklərini söyləyiblər.
Mərasimdə şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıq ifadə olunub. Anarın xatirəsinin əziz tutulması, ailəsinə sahib çıxılması, daim yad olunması onun timsalında bütün şəhid ailələrinə olan hörmət və ehtiramın, qayğının bariz nümunəsi kimi qiymətləndirilib.


Rəcəb Babaşov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudurRəcəb Babaşov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudurRəcəb Babaşov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudurRəcəb Babaşov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudurRəcəb Babaşov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudurRəcəb Babaşov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudurБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər