DAŞKƏSƏNLİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDLƏRİ HƏSƏN ABDULLAYEVİN VƏ VİDADİ İSRAFİLOVUN ANIM GÜNÜ KEÇİRİLİB

 DAŞKƏSƏNLİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDLƏRİ HƏSƏN ABDULLAYEVİN VƏ VİDADİ İSRAFİLOVUN ANIM GÜNÜ KEÇİRİLİB


Noyabrın 12-də Daşkəsən rayon İcra hakimiyyətinin məsul işçiləri rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Şəhidlərin ailə üzvləri, rayonun şəhid anaları, qazilər və ictimaiyyət nümayəndələri ilə birlikdə daşkəsənli şəhidlər kəşfiyyatçı əsgər Abdullayev Həsən Qərib oğlunun və əsgər İsrafilov Vidadi Vaqif oğlunun Gəncə Şəhidlər Xiyabanında yerləşən məzarlarını onların anım günləri ilə əlaqədar ziyarət etmiş, xatirələrini anmışlar.
Daşkəsən rayon İcra hakimiyyəti başçısının müavini Namiq Süleymanov Şəhidlərin ailə üzvlərinə Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyevin və bütün Daşkəsən ictimaiyyətinin başsağlığını çatdırdıqdan sonra onların həyatından və keçdikləri şərəfli döyüş yolundan söhbət açmışdır.
Namiq Süleymanov bildirmişdir ki, Abdullayev Həsən Qərib oğlu 21 iyun 1994-cü ildə Daşkəsən şəhərində doğulub. O, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi Xüsusi Təyinatlı Qüvvələrin sıralarında xidmət edib. Həsən Abdullayev Vətən Müharibəsində şəxsi igidlik və şücaət göstərib, 9 noyabr 2020-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Həsən Abdullayev 12 noyabr 2020-ci ildə Gəncə Şəhidlər Xiyabanında dəfn edilib. Prezident cənab İlham Əliyevin Sərəncamları ilə Şəhid Həsən Abdullayev göstərdiyi igidliyə, fədakarlığa və vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda”, “Döyüşlərdə fərqlənməyə görə”, “Kəlbəcərin azad olunmasına görə” və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.
İsrafilov Vidadi Vaqif oğlu 18 iyun 1987-ci ildə Daşkəsən rayonu Gurbulaq kəndində doğulub. Vidadi İsrafilov Daşkəsən rayon Gurbulaq kənd ümumi orta məktəbinin riyaziyyat müəllimi olub. Vətən Müharibəsi başlayanda könüllü olaraq səfərbərlik üzrə hərbi xidmətə gedib. Onun döyüş yolu Füzuli, Qubadlı və Şuşadan keçib. Vidadi İsrafilov 9 noyabr 2021-ci il tarixdə Şuşa uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Vidadi İsrafilov 12 noyabr 2020-ci ildə Gəncə Şəhidlər Xiyabanında dəfn edilib. Prezident cənab İlham Əliyevin Sərəncamları ilə Şəhid Vidadi İsrafilov göstərdiyi igidliyə, fədakarlığa və vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda”, “Cəsur döyüşçü” və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.
Şəhid Həsən Abdullayevin atası Qərib Abdullayev və şəhid Vidadi İsrafilovun atası Vaqif İsrafilov ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıq bildirmişlər.
Allah şəhidlərimizə rəhmət eləsin.

Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və humanitar
məsələlər şöbəsinin müdir müavini


 DAŞKƏSƏNLİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDLƏRİ HƏSƏN ABDULLAYEVİN VƏ VİDADİ İSRAFİLOVUN ANIM GÜNÜ KEÇİRİLİB DAŞKƏSƏNLİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDLƏRİ HƏSƏN ABDULLAYEVİN VƏ VİDADİ İSRAFİLOVUN ANIM GÜNÜ KEÇİRİLİB DAŞKƏSƏNLİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDLƏRİ HƏSƏN ABDULLAYEVİN VƏ VİDADİ İSRAFİLOVUN ANIM GÜNÜ KEÇİRİLİB DAŞKƏSƏNLİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDLƏRİ HƏSƏN ABDULLAYEVİN VƏ VİDADİ İSRAFİLOVUN ANIM GÜNÜ KEÇİRİLİB DAŞKƏSƏNLİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDLƏRİ HƏSƏN ABDULLAYEVİN VƏ VİDADİ İSRAFİLOVUN ANIM GÜNÜ KEÇİRİLİB DAŞKƏSƏNLİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDLƏRİ HƏSƏN ABDULLAYEVİN VƏ VİDADİ İSRAFİLOVUN ANIM GÜNÜ KEÇİRİLİBБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər