Yaralı kapitanımız dünyasını dəyişdi

Yaralı kapitanımız dünyasını dəyişdi















Savalanov aprelin əvvəllərində döyüş əməliyyatları zamanı yaralanıb

Yaralı zabitimiz dünyasını dəyişib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, aprel ayının əvvəllərində döyüş əməliyyatları zamanı yaralanan zabitimiz kapitan Savalanov Nəcməddin Akif oğlunun həyatını xilas etmək üçün həkimlərin səyinə baxmayaraq o, mayın 8-də Silahlı Qüvvələrin Baş Klinik Hospitalında dünyasını dəyişib.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər