Məleykə Əsədovanın videosu yayıldı, sənətçi özündən çıxdı: Montajdır!

Məleykə Əsədovanın videosu yayıldı, sənətçi özündən çıxdı: Montajdır!


Xalq artisti Məleykə Əsədova sosial şəbəkədə yayılan videoya etiraz edib.

Axşam.az xəbər verir ki, aktrisa "7 Canlı" proqramında dediyi şeirin montaj edilərək, başqa səs salındığını bildirib.

Bu isə Əsədovanı özündən çıxarıb. Açıqlama yayan aktrisa "Videoda "yox" sözündən sonra bəzi şərəfsizlər əzizlərinin səslərini video ilə montaj edib. Bu, həm mənə, həm də Bəxtiyar Vahabzadəyə hörmətsizlikdir. Bununla bağlı tədbir görüləcək. Mənə maraqlıdır, bu videonun montaj olduğunu bilə-bilə niyə bəzi səhifələr də bu tərbiyəsizliyi paylaşaraq həmin şərəfsizlərə dəstək olurlar?" sözlərini söyləyib.

Qeyd edək ki, M.Əsədova görüntüdə Bəxtiyar Vahabzadənin "Kimdir mənim düşmənim?" şeirini səsləndirib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər