Sabah intensiv yağış, qar yağacaq, şaxta olacaq

Sabah intensiv yağış, qar yağacaq, şaxta olacaq


Oktyabrın 30-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 10-12° isti, gündüz 13-15° isti olacaq. Bakıda gecə 10-12° isti, gündüz 13-15° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında oktyabrın 30-da arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4-9° isti, gündüz 11-16° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-6° isti olacaq.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər