"Mənim üçün şərəfdir, çox təsirləndim" - Prezident və xanımının dinlədiyi mahnının ifaçısı - VİDEO

"Mənim üçün şərəfdir, çox təsirləndim" - Prezident və xanımının dinlədiyi mahnının ifaçısı - VİDEO


“Düzü, həmin kadrlardan ən gec xəbər tutan mən olmuşam. Gecə yarısı bilmişəm. Hamı yazırdı. Mən hisslərimi ifadə edə bilmirəm”.

Bunu müğənni İlhamə Qasımova Prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban Əliyevanın Zəngilanda olarkən onun ifa etdiyi mahnını dinləmələri barədə danışarkən deyib. O bildirib ki, həm onun ifasında mahnının dinlənilməsi və bunun məhz azad edilən torpaqlarda olmasından çox təsirlənib:

“Bu mahnını yazdırdıqdan sonra ilk dəfə Xınalıqda ifa etdik. O da bizim Respublika Gününə həsr olunmuş bayram konserti idi. Deyirdim ki, mənim nə gözəl vətənpərvər mahnım var və çox istəyərdim ki, torpaqlarımız azad edildikdən sonra orada ifa edim. Elə bil bir növ o torpaqlarda ifa etmiş oldum. Bu, qürur hissidir, mənim üçün böyük şərəfdir. Hisslərimi ifadə edə bilmirəm”.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər