Məhəmməd Əsədov: Vətən Müharibəsinin əsl qəhrəmanı: İlham Əliyev

Məhəmməd Əsədov: Vətən Müharibəsinin əsl qəhrəmanı: İlham Əliyev


Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Sabunçu qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məhəmməd Əsədov - Hər bir dövlətin və xalqın həyatında, inkişafında ən vacib amillərdən biri məhz ən yüksək pillədə kimin dayanmasıdır. Siyasi liderin populyarlığı və nüfuzu onun ölkə daxilində, xalq arasında qazandığı nailiyyətlərdən asılıdır. Liderin rəhbərliyi dövründə sosial, iqtisadi və siyasi sahələrdə apardığı işlərin nəticələrinə görə insanların müəyyən rəyləri formalaşır. Eyni zamanda, dövlətin başında dayanan şəxsin apardığı siyasət, ya xalqının taleyində uğurla nəticələnir, ya da nəinki uğursuz olur, hətta dövlətçiliyi belə zərbə altına qoyur.

Uzağa getmədən biz hər iki misalı Azərbaycan və Ermənistan timsalında görə bilərik. Ermənistanın ayrı-ayrı rəhbərlərinin apardıqları siyasət bu gün erməni xalqının dövlətçiliyinin gələcəyini sual altına qoyub. Bunun əksinə olaraq isə Azərbaycan Respublikası Prezident İlham Əliyevin başçılığı ilə qısa müddətdə nəinki regionun, hətta dünyanın sayılıb-seçilən ölkələrindən birinə çevrilməyi bacarıb.

Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Şübhəsiz, sosial-siyasi sabitliyin qorunması, mövcud iqtisadi inkişaf, hərtərəfli tərəqqi heç də asan məsələ deyildi. Gənc dövlətin əsaslarının möhkəmliyi və həyata keçirilən strategiyanın səmərəliliyi məhz Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, zəkası, siyasi iradəsi və uzaqgörənliyi sayəsində mümkün olub. Prezident İlham Əliyev şəxsiyyəti modern cəmiyyətdə lider obrazının ən mühüm cəhətlərini özündə birləşdirir.

Lider, həmçinin, mənəvi birliyi təmin edən, cəmiyyətdə müəyyən əhval-ruhiyyənin, ideya və dəyərlər sisteminin formalaşmasına təsir göstərən mühüm qüvvədir. Xalqın lideri ilk növbədə insanları ümumi ideya, prinsip, məqsəd ətrafında birləşdirməyi bacarmalıdır.

Bu gün MDB dövlətləri ilə Azərbaycanı müqayisə etsək, bir sıra çox vacib məqamları sezə bilərik. Onlardan fərqli olaraq, bizdə cəmiyyəti qütbləşdiyinin, ayrı-ayrı ideologiyalar arasında savaş meydanına keçdiyinin deyil, əksinə, vahid ideologiyanın, vahid milli özünüdərkin, vahid siyasi oriyentirlərin mövcud olduğu bir toplum görə bilərik. Xüsusilə Şərq xalqları üçün vacib sayılan bu kriteriyalar məhz Prezident İlham Əliyevin düzgün apardığı daxili və xarici siyasət nəticəsində mümkün olub.

Bütün bunlarla yanaşı, dövlətin inkişafı təbii ki, ilk növbədə iqtisadi səmərəlilikdən asılıdır. Qeyd etmək lazımdır ki, iqtisadi inkişaf kursunun uğurla davam etdirilməsi hazırkı milli tərəqqini intensivləşdirən mühüm strateji faktorlardan biri qismində çıxış edir. Belə ki, makroiqtisadi sabitliyin qorunub saxlanması, enerji, ərzaq və ekoloji təhlükəsizliyin təmin olunması, iqtisadiyyatın diversifikasiyası, bütün sahələrdə ardıcıl inkişaf strategiyası uğurla həyata keçirilməkdədir. Ölkənin qeyri-neft sektorunda, xüsusilə kənd təsərrüfatında müşahidə olunan dinamizmi də iqtisadiyyatın diversifikasiyası ilə bağlı həyata keçirilən siyasətin mühüm nəticəsi hesab etmək olar. Azərbaycan zəngin neft resurslarının satışından daxil olan valyuta ehtiyatlarını səmərəli şəkildə xərcləməklə, iqtisadiyyatın bütün sektorlarının dinamik inkişafı üçün əlverişli baza yaratmağa nail olub və hazırda qeyri-neft (turizm, sənayeləşmə, İKT və s.) sektoru valyuta gətirə biləcək strateji bölməyə çevrilib.

Həyata keçirilən rasional siyasi islahatlar da milli inkişafa təkan verən fundamental amil kimi səciyyələndirilir. Dolayısıyla, siyasi-hüquqi islahatların milli maraqlara və dəyərlərə müvafiq surətdə reallaşdırılması, vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu prosesi istiqamətində sistematik işlərin görülməsi ictimai-siyasi sabitliyin qarantı qismində çıxış edir, eyni zamanda, milli inkişafa təkan verir.

Qeyd etmək lazımdır ki, milli inkişafın digər təminatçı komponenti qismində ictimai-siyasi sabitlik çıxış edir. Sirr deyil ki, Azərbaycan bu gün ictimai-siyasi sabitliyin yüksək səviyyədə təmin edildiyi ölkələr sırasında ilk pillələrdən birini tutur.

Beləliklə, bu illər ərzində ölkədə iqtisadi və sosial rifahın gücləndirilməsi, dövlət idarəçiliyinin səmərəliliyinin artırılması və islahatlar, xalq-dövlət birliyi, xarici siyasətdə seçilən rasional istiqamət, ordu quruculuğunda qarşıya qoyulmuş məqsədlərə nail olunması digər məsələlərlə yanaşı, həm də, Azərbaycan üçün bir nömrəli problem olan Ermənistanın işğalçılıq siyasətinə son qoyulmasını hədəfləmişdi.

Lakin Ermənistanın işğalçılıq siyasətinə son qoymaq, eyni zamanda Azərbaycana qarşı digər dövlətlərdən gələn regional çağırışları dəf etmək olduqca mürəkkəb məsələ idi. Ələlxüsus, son zamanlar region və region ətrafında ciddi geosiyasi savaşları nəzərə alınsa... Rusiya-ABŞ münasibətlərinin pik həddədək pisləşməsi, Suriyada davam edən münaqişə, Ukraynada və ümumiyyətlə, bütün Avropada gedən proseslərdə Vaşinqton və Moskvanın maraqlarının toqquşması, Çinlə ABŞ arasında soyuq-iqtisadi müharibə, Trampın İranla bağlı sanksiyalara start verməsi, qardaş Türkiyənin milli maraqları uğrunda apardığı mübarizəsi, Qara dənizdə faktiki olaraq Rusiya və NATO hərbçilərinin üz-üzə gəlməsi, Rusiya və ABŞ arasında orta və yaxınmənzilli raketlərlə bağlı müqavilədən imtina və başqa amilləri buna misal göstərmək olar. Bununla yanaşı, Avropa İttifaqının (Aİ) aparıcı dövləti Fransada “sarı jiletlilər” aksiyası bir daha sübut etdi ki, Paris kimi zəif olmayan beynəlxalq aktorlar belə, xarici və daxili siyasi davranışlarını yüz ölçüb, bir biçməlidir. Göründüyü kimi, regionda təhlükəli proseslərin getməsinə, beynəlxalq vəziyyətin daha da gərginləşməsinə baxmayaraq, ölkəmizdə sabitliyin, təhlükəsizliyin təmin edilməsi heç də asan deyil.

ABŞ, Rusiya, İsrail, Səudiyyə Ərəbistanı, Türkiyə, İran və Aİ dövlətlərinin maraqlarının toqquşduğu Azərbaycanda sabit siyasət yürütmək, ölkəni regionun çox vacib beynəlxalq aktoruna çevirmək, ölkə daxilində iqtisadi inkişafa və hərbi gücə sahib olmaq heç də hər liderə müyəssər olmur. Bu gün Ukraynada, Suriyada, Liviyada və bizə yaxın və uzaq olan digər dövlətlərdəki ağır ideoloji, daxili, xarici vəziyyət göz qabağındadır.

Son bir il ərzində Azərbaycan diplomatiyası informasiya müharibəsi şəraitində həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində öz haqq səsini dünyaya çatdırmağı qarşısına məqsəd qoymuşdu. İslam Əməkdaşlıq Təşkilatının, Türk Dövlətləri Birliyinin bir neçə dəfə Azərbaycanın ərazi bütövlüyünə verdiyi dəstək buna misaldır. Bundan başqa, 2018-ci ildə Azərbaycanla Avropa İttifaqı arasında imzalanan “Tərəfdaşlığın prioritetləri” adlı sənəddə də Azərbaycanın ərazi bütövlüyünə hörmət əksini tapıb. 2018-ci ilin sonunda isə NATO-nun Zirvə görüşündə qəbul edilmiş Yekun Bəyannamədə Azərbaycanın ərazi bütövlüyü dəstəkləndi. Ötən ilin payızında isə, BMT-dən sonra dünyanın ikinci ən böyük təşkilatı sayılan Qoşulmama Hərəkatının 120-dən artıq ölkəsinin Bakı sammitində Ermənistanı işğalçı adlandırması Qarabağ yolunda rəsmi Bakının apardığı ardıcıl siyasətin nəticəsi idi. Beynəlxalq təşkilatlar və ayrı-ayrı dövlətlər tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair rəsmi Bakının obyektiv mövqeyinə dəstək verilməsi heç də asanlıqla mümkün olmayıb. İllər əvvəl regiona və münaqişəyə dair tamam başqa fikirdə olan müxtəlif beynəlxalq aktorlar Bakının apardığı ifşa siyasəti nəticəsində həqiqəti biliblər. Onilliklər ərzində “yazıq erməni” obrazı ilə dünya arenasında mövcud olan erməni imicinə bu gün Azərbaycan tərəfindən ciddi zərbə vurulub. Artıq dünya Ermənistanı və erməniləri əzilən, məzlum tərəf kimi deyil, işğalçı kimi tanıyır.

Azərbaycanın ərazi bütövlüyünün pozulması və Ermənistanın işğalçı siyasəti haqqında dünyada uğurlu təbliğat aparan dövlətimiz sentyabrın 27-si başlayan və 44 gün davam edən müharibədə düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Nəhayət, Ermənistanın işğalına son qoyuldu. Prezident İlham Əliyev böyük şahmat oyununda sülh danışıqları zamanı Azərbaycana edilən təkliflərdən daha çoxunu əldə etdi. Qarabağ kimi çox çətin problemi həll edərək Ermənistanı, ümumdünya erməni diasporunu , erməni kilsəsini və onların havadarlarını diz üstə çökdürərək reallığı qəbul etməyə sövq etdi. 300 ilə yaxın idi ki, böyük qələbəyə ehtiyacı olan və on illər idi ki, ermənilərin hər dəfə müxtəlif azğınlıqları ilə qarşılaşan xalqımız və dövlətimiz nəhayət ki, qələbəyə imza ataraq tarixi ədaləti bərpa etməyə müvəffəq oldu. İlham Əliyevin Ermənistan üzərində parlaq qələbə əldə etməsi, həm də onun hakimiyyətə gəlişindən sonra apardığı praqmatik, sistemli siyasi kurs, uzaqgörən xarici diplomatiyanın bəhrəsi idi.

Nəticədə 44 günlük müharibədə Ali Baş Komandan müzəffər ordusunun döyüşlərdəki uğurları ilə eyni vaxtda informasiya siyasətinin də başına keçərək Azərbaycanın haqq səsinin dünya mediasına və birliyinə çatdırdı, diplomatik sahədə və informasiya müharibəsində uğurlarımız Qarabağın işğaldan azad edilməsi prosesində qələbəmiz üçün müstəsna əhəmiyyət kəsb etdi.

Prezident İlham Əliyev sübut etdi ki, dahi siyasətçinin və böyük dövlət xadiminin ən layiqli varisidir. Prezident İlham Əliyev sübut etdi ki, Azərbaycan xalqı qəhrəman xalqdır. O həm də sübut etdi ki, Azərbaycan kimi çətin coğrafi mövqedə yerləşən türk-müsəlman dövlətinin taleyi onun liderindən çox asılıdır.

Bütün dünyada olduqca intensiv, gərgin, ziddiyyətli və qarışıq proseslərin getdiyi, qlobal trendlərdə qeyri-müəyyənliyin hökm sürdüyü bir mərhələdə müstəqil dövlət quruculuğu kursunu yaradıcı şəkildə inkişaf etdirmək, dünyanın böyük dövlətlərinin Azərbaycanla hesablaşmasına nail olmaq və nəhayət, işğal altındakı torpaqları geri qaytarmaq, əlbəttə, tarixi xidmətdir.

Prezident İlham Əliyev 2003-cü ildə qarşıya qoyduğu və bəyan etdiyi strateji hədəflərə nail olunması üçün istər beynəlxalq miqyasda, istərsə də ölkə daxilində məqsədyönlü, ardıcıl, düşünülmüş siyasət həyata keçirdi və “güclü dövlət” konsepsiyasını reallaşdırmağa nail oldu. Prezident İlham Əliyev qurucu, birləşdirici, Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən, öz siyasətində Azərbaycan dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi görən və bütün qüvvəsini bu istiqamətdə səfərbər edən, xalqın birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi və etibar etdiyi liderdir.

Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa edən lider kimi adını əbədi olaraq tarixə yazdırdı, Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yaratdı və 44 günlük Vətən Müharibəsinin əsl qəhrəmanına çevrildi. İlham Əliyev “Milli Qəhrəman”, “Vətən Müharibəsi Qəhrəmanı” adına ən layiqli şəxsdir.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər