Rəfail Mehralıyev: İşğaldan azad olunmuş bütün ərazilər erməni vəhşiliyinin sübutudur

Rəfail Mehralıyev: İşğaldan azad olunmuş bütün ərazilər erməni vəhşiliyinin sübutudur


Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin rəisi Rəfail Mehralıyev - Dünyada misli bərabəri olmayan vəhşiliyi törədən ermənilər 29 il işğal altında saxladıqları torpaqlarımıza, tikililərimizə, milli-mədəni abidələrimizə qarşı da vandallıq etmişlər. Məscidlərimizdə heyvanlar saxlayanlardan artıq nə gözlənilə bilər? Dini, Allahı olmayanlar, milli kulturalist dəyərlərə sahib olmayan ermənilər keçmişi, öz mədəniyyəti, öz milli dəyərləri olmadığını vəhşilikləri ilə dünyaya sübut edirlər. Xaricdən gəlmiş media əhli, siyasətçilər, qonaqlar işğaldan azad olmuş torpaqlarımıza səfərləri zamanı bütün bunlara canlı şahid olublar. Körpələrə, qocalara, qadınlara , habelə hamilə qadınlara zülm verən, təcavüz edən, diri-diri yandıran, min əzab-əziyyətlə öldürənlərdən ancaq belə vandallıq görmək olur. Təəssüf ki, bütün bu vəhşilik bizim Azərbaycan xalqının, gözəl Qarabağımızın başına gəlib. Lakin biz bir xalq olaraq ruhdan düşmədik. Vəd gəldi, zaman yetişdi. “Dəmir yumruq” öz gücünü göstərdi. Şəhidlərimizin qanı axıdılan torpaqlar erməni işğalından azad olundu. Ağdamımızı “ruhlar şəhəri”nə döndərmiş ermənilərin başın dəydi “Dəmir yumruq”. Onlara göstərdi ki, bu torpaqların əzəli sahibi bizik və bizdən başqa heç kim bu torpaqlara sahib ola bilməz.

Artıq quruculuq işləri başlayıb. Viran edilmiş şəhər, kənd və qəsəbələrin yeni, müasir planları qurulub. “Ağıllı şəhər” planına uyğun tikililər gedir.

Dövlətimiz regionda və dünyada öz sözünü demiş potensialı olan ölkədir. Xalqımıza, torpaqlarımıza, təbiətimizə qarşı edilən soyqırım, talan, soyğunçuluğu görən, lakin görməməzlikdən gələrək bütün bunlara göz yuman beynəlxalq təşkilatlar necə ki bizim qələbəmizi, bizim “Dəmir yumruğun” lazımi zamanda, lazımi başlara necə vurduğumuzu görüb qəbul edirlərsə, tezliklə də yeni planlara əsasən bərpa ediləcək şəhər, rayon, kənd və qəsəbələrimizi görəcəklər. Biz işğaldan azad olunmuş torpaqlarımızda nəinki tikililərə başlamışıq, hətta bəzi rayonlarımızda artıq dünya ölkələrində gələn qonaqları qəbul edirik, tədbirlər, bayramlar keçiririk. Elektrik işləri demək olar ki, yekunlaşmaq üzrədir, Artıq hava limanı, otellər, yolların tikintiləri yekunlaşdırılmaq və açılışa hazırlıq mərhələsindədir. Bütün bu işlər misli-bərabəri olmayan 44 günlük böyük qələbə düzgün, ağıllı siyasətin nəticəsidir. Bu siyasətin başlanğıcı Ümummilli liderimiz Heydər Əliyev tərəfindən başladılmış və layiqli davamçısı sevimli prezidentimiz İlham Əliyev tərəfindən davam etdirilmişdir. Bütün bu gözəllikləri bizə bəxş etdiyi üçün başda prezidentimiz olmaqla bütün Azərbaycan ordusuna, şəhidlərimizə və qazilərimizə minnətdarıq.

Qarabağ Azərbaycandır!
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər