Azərbaycanda polis əməkdaşı bıçaqlandı

Azərbaycanda polis əməkdaşı bıçaqlandı


Bir neçə gün əvvəl Daşkəsən rayonunun Çıraqlı kəndində 1996-cı il təvəllüdlü Nəbiyev Ruhlan Asim oğlunun bıçaqlanması hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Ölkə.az-ın əldə etdiyi məlumata görə, kənd sakini 1969-cu il təvəllüdlü Hüseynəliyev Faiq Abbas oğlu tərəfindən bıçaqlanan gənc polis əməkdaşı olub. Belə ki, polis serjantı olan Ruhlan Daşkəsən rayon Polis Şöbəsinin İTB-nin Çıraqlı kənd üzrə sahənin polis nəfəri vəzifəsində çalışır. Hadisə isə münaqişə zəminində baş verib.

Polis əməkdaşları tərəfindən saxlanılan 52 yaşlı Faiq Hüseynəliyev barəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə işə açılıb.

Faktla bağlı araşdırma aparılır.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər