Taliban Əfqanıstanı şah dövrünə qaytarır

Taliban Əfqanıstanı şah dövrünə qaytarır


Əfqanıstanda Taliban keçid dövrü hökuməti şahlıq dövrünün konstitusiyasına əsaslanacaq.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, bunu keçid dövrünün ədliyyə naziri Əbdül Hakim Şeri deyib. O bildirib ki, Əfqanıstan konstitusiyası Kral Məhəmməd Zahir şahın dövründəki 1964-cü il konstitusiyanın bazası əsasında formalaşdırılacaq.

Nazir həmçinin söyləyib ki, sözügedən konstitusiyanın şəriət və Talibanın prinsiplərinə zidd olmayan maddələrinin hamısı yenidən tətbiq ediləcək.

Ə.H.Şeri qadınlara səsvermə və siyasətə atılmaq hüququ tanıyan 1964-cü il konstitusiyasının sözügedən maddələrinin tətbiq olunub-olunmaması ilə bağlı sualları cavablandırmayıb.

Qeyd edək ki, səlahiyyətlərin əksəriyyətinin şaha verildiyi bu konstitusiya Əfqanıstanda “monarxiya qanunu” adlandırılır.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər