Vəzir Həsənov: Bu Zəfər dastanında hərə bir qəhrəman oldu

Vəzir Həsənov: Bu Zəfər dastanında hərə bir qəhrəman oldu



Sumqayıt Gömrük İdarəsinin rəisi general-mayor Vəzir Həsənov - Artıq 30 il idi ki, xalqımızın mərd, igid oğulları işğal altında olan torpaqlarımızın hər şəhərində, kəndində üçrəngli bayrağımızı sancmaq arzusu ilə yaşayırdı. Düz bir il öncə sentyabrın 27-də mənfur düşmənə qarşı əks hücum əməliyyatını həyata keçirən Azərbaycanın müzəffər Ordusu 30 illik həsrətə son qoydu.Şanlı ordumuz Ali baş Komandanımız İlham Əliyevin Dəmir Yumruq siyasəti altında düşmənə elə qan uddurdu ki, düşmən öz silah sursatını ataraq döyüş meydanından geri çəkildi. Bu gün rəzalət damğası ilə yaşayan düşmən xalqımızın iradəsinə, gücünə bir daha şahid oldu.Bu gün biz fəxrlə deyirik “Qarabağ Azərbaycandır!”. Bu ifadə Azərbaycan xalqını zəfərə aparan şüar olaraq böyükdən kiçiyə hər bir vətandaşımızın dilində əzbərə çevrildi. Bu Cənab Ali baş Komandanımız İlham Əliyevin tarixi bəyanatıdır. Bu bəyanatı özlərinə rəhbər tutaraq əsgər və zabitlərimiz müasir silahlarla, güclü döyüş taktikası və strategiyası ilə qanları hesabına tarix yazdılar. “Vətəni sevmək azdır onu qorumaq gərəkdir !“- deyib, düşmənin ürəyinə dağ çəkdi vətən oğulları. Düşmənin illərlə qurduğu istehkamları hər gün darmadağın edərək bizə cəbhədən qələbə xəbərləri göndərdi Azərbaycan əsgəri, Azərbaycan zabiti.

Bu Zəfər dastanında hərə bir qəhrəman oldu. İstər ön cəbhədə ,istərsə də arxa cəbhədə Azərbaycan xalqı öz birliyini nümayiş etdirdi. Bütün dünya Prezident və xalq birliyinin şahidi oldu.Xalqımız zəfər yolunda əlindən gələni əsirgəmədi.Dünya azərbaycanlıları da könüllü olaraq döyüşlərə getmək üçün müraciət edir , ordumuzun uğurları ilə qürurlanırdılar.Düşmənin təxribatı bu birliyi, bu iradəni yıxa bilmədi.Nəticədə düşmən Azərbaycan ordusu qarşısında diz çökərək təslim oldu. Döyüşlərdə cəsarətlə iştirak edən, düşməni geri çəkilməyə məcbur edən peşəkar əsgər və zabitlərimiz sayəsində biz artıq müzəffər xalqıq.

Zəfər sevincinə bir gözümüz gülərkən, bir gözümüz də qan yaş tökdü. Azərbaycanın Şanlı Qələbəsi misilsiz qəhrəmanlıq göstərən şəhid və qazilərimizin hesabına tarixə yazıldı. Şəhidlərimiz azadlığın, qəhrəmanlığın simvolu olaraq yaddaşlarda daim qalacaq. Cənab Prezidentimizin Sərəncamı ilə hər il 27 sentyabr Azərbaycan Respublikasında Vətən müharibəsində şəhid olmuş əsgər və zabitlərimizin, qətlə yetirilmiş mülki vətəndaşlarımızın ruhuna ehtiram əlaməti olaraq Anım günü kimi qeyd olunacaq. Azərbaycanın Məhz 44 gün davam edən Vətən müharibəsindəki döyüşləri ilə dünyanı özlərinə heyran qoyan igidlər, ruhunuz şad olsun! Şəhidlərin ruhu qarşısında baş əyirəm! Qazilərimizə Allahdan can sağlığı diləyirəm!

Dövlətimiz üçün Vətənini sevən, onun hər bir qarışını göz bəbəyi kimi qoruyan vətənpərvər nəsil yetişdirməyimlə qürur duyuram! Yaşasın Ali Baş Komandanımız! Yaşasın müzəffər Azərbaycan Ordusu!
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər