NƏRİMANOV RAYONU: MÜASİRLƏŞİR, GÖZƏLLƏŞİR, İNKİŞAF EDİR

NƏRİMANOV RAYONU: MÜASİRLƏŞİR, GÖZƏLLƏŞİR, İNKİŞAF EDİR












Ötən 11 ildə baş verən sürətli tərəqqi, hərtərəfli yenilənmə və modernləşmə Azərbaycanı dünyaya yeni formada təqdim etməyə imkan yaradıb. Bu müsbət dəyişikliklər ulu öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının Prezident İlham Əliyevin rəhbərliyi ilə inamla həyata vəsiqə aldığını, gerçəkliyə çevrildiyini göstərməklə yanaşı, Azərbaycanın hər bir sahədə qazandığı nailiyyətlərin çoxşaxəli və möhtəşəm olmasından xəbər verir. Nəticə etibarilə belə uğurlar ölkəmizin dünya birliyində böyük nüfuz qazanmasına, aparıcı dövlətlərlə bir sırada dayanmasına, söz sahibinə çevrilməsinə zəmin yaradıb, respublikamızın beynəlxalq rəydə artan imicə malik olmasını təmin edib.

Azərbaycanda geniş vüsət alan sosial-iqtisadi inkişaf, aparılan quruculuq və abadlıq işləri ölkənin hər yerində olduğu kimi, Bakının Nərimanov rayonunda da yüksək templə davam edir. Ümumiyyətlə, 170 mindən çox əhalisi olan bu rayonun inkişafından danışarkən ilk növbədə qeyd etməliyik ki, bu yuksəlişə və qazanılan hər bir nailiyyətə Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin göstərdiyi böyük diqqət və qayğı sayəsində nail olunub. 2005-ci ildən Nərimanov rayonuna rəhbərlik edən Abdin Fərzəliyev xalqa yaxınlığı ilə fərqlənən, sakinlərin qayğı və problemləri ilə maraqlanan və onlara daim dəstək olan icra başçısı kimi özünü həmişə doğruldub. Onun uğurlu fəaliyyəti sayəsində rayonda son vaxtlar tikinti-quruculuq və abadlıq işləri geniş vüsət alıb.

Prezident İlham Əliyev 2003-cü ildən bugünədək 71 dəfə Nərimanov rayonunda olub, müxtəlif obyektlərin təməlqoyma və açılış mərasimlərində iştirak edib, əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə, habelə inşası davam edən obyektlərdə işlərin gedişatı ilə maraqlanıb. Biz rayonda olarkən məlumat əldə etdik ki, rayon rəhbəri Abdin Fərzəliyev və onun birinci müavini Şahmar İbadov tərəfindən yerlərdə tez-tez səyyar qəbul və görüşlər keçirilir, insanların küçə və məhəllədaxili yolların təmiri, maddi yardım, dam örtüyünün təmiri, məhəllələrin abadlaşdırılması, işə düzəlmə, kommunal problemlər, təhsil, səhiyyə müəssisələrinin təmiri və tikintisi, mənzil şəraitinin yaxşılaşdırılması və sosialyönümlü məsələlərlə bağlı müraciətlərinə baxılır, problemləri həll edilir. Abdin Fərzəliyev uzun illərdir ki, rayonda yığılıb qalan problemlərin həllinə nail olub. O, qəbuluna gələn bütün insanlarla səmimi görüşlər keçirir, onların şəxsi problemlərinin həllinə köməklik göstərir, eyni zamanda rayonun inkişafı üçün böyük işlər görür.

Abdin Fərzəliyev öz fəaliyyəti dövründə əsl azərbaycanlı olduğunu sübut edən, daim dövlətçiliyə xidmət edən, ölkə Prezidenti İlham Əliyevin siyasətinə sadiq olan və dövlət başçısının etimadını qazanan, sadə insanların yanında olmağı bacaran nümunəvi rəhbər olub. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dövlət və bələdiyyə idarəetməsi fakültəsini bitirən Abdin Fərzəliyev dövlət idarəetməsi sahəsi ilə yanaşı, ictimai-siyasi fəaliyyətində də uğurlar əldə edib. 1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvü olan Abdin Fərzəliyev YAP Siyasi Şurasının, eləcə də Azərbaycan Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvüdür.

Nərimanov rayon İcra Hakimiyyəti başçısı Abdin Fərzəliyev vətəndaşlar tərəfindən hər gün icra hakimiyyətinə edilən müraciətləri təhlil edir və icrasına ciddi nəzarət edir. Bu müraciətlər torpaq sahəsinin ayrılması, ev və ya sığınacaqla təminolunma, dövlət əhəmiyyətli binaların tikintisi ilə əlaqədar vətəndaşların başqa mənzillərə köçürülməsi, məhəllələrin abadlaşdırılması, iş yerləri ilə təminolunma, ad və ya soyadların dəyişdirilməsi və kommunal problemlər və digər məsələlərlə bağlı olur. Abdin Fərzəliyev hər bir vətəndaşın müraciətinə həssaslıqla yanaşaraq onun həllinə nail olur. Buna görə də yerli sakinlər daim rayon rəhbərliyindən razılıq edirlər.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər