Hollandiyada baş verən atışmada iki erməni öldürüldü - FOTO\VİDEO

Hollandiyada baş verən atışmada iki erməni öldürüldü - FOTOVİDEO


Hollandiyanın Overijssel əyalətində Almelo şəhərində baş verən atışmada iki erməni qadın öldürülüb.
“Ölkə.Az” “sputnikarmenia”ya istinadən xəbər verir ki, hadisə sentyabrın 17 -də baş verib.

Almelo şəhərində əlində silah olan şəsx mənzilinin balkonundan yoldan keçənlərə atəş açıb. Bu barədə Ermənistan Ümumi Xeyriyyəçi Birliyinin Hollandiya şöbəsi (AGBU Holland) məlumat yayıb.

Sosial şəbəkələrdə çoxmərtəbəli binanın eyvanına çıxan və yoldan keçənlərə tüfəngdən atəş açan Almelo şəhərindən çəkilmiş görüntülər yayılıb. Hadisə nəticəsində iki nəfər ölüb, daha iki nəfər yaralanıb.

Məlum olub ki, atışma nəticəsində ölən iki qadın AGBU Holland üzvləri olan ermənilərdir. Onlar 72 yaşlı Maral Ter-Movsesyan (qadınlar komitəsinin sədri) və 50 yaşlı Tsnund Kartanakyandır. Silahlı şəxs çağırışa gələn polis əməkdaşlarını da hədəfə alıb, lakin polislər onu yaralaya biliblər. Həmin şəxs saxlanılsa da, adı açıqlanmayıb. Polis baş verən hadisəni araşdırdığını bəyan edib.




https://core.telegram.org/widgetsHollandiyada baş verən atışmada iki erməni öldürüldü - FOTOVİDEOHollandiyada baş verən atışmada iki erməni öldürüldü - FOTOVİDEOHollandiyada baş verən atışmada iki erməni öldürüldü - FOTOVİDEOБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər