Azərbaycanda orta maaş 200 manatdan çox artacaq

Azərbaycanda orta maaş 200 manatdan çox artacaq


Azərbaycanda 2025-ci ildə orta aylıq əməkhaqqının 935 manat olacağı gözlənilir.

“Rəsmi hesabatların proqnozlarında qeyd olunub.

Məlumata əsasən, 2021-ci il üçün orta aylıq əmək haqqı 742,8 manat, 2022-ci il üçün 794,5 manat, 2023-cü il üçün 838,3 manat, 2024-cü il üçün 883,8 manat olaraq proqnozlaşdırılıb.
Qeyd edək ki, 2021-ci ilin yanvar-iyul ayları üzrə orta aylıq nominal əmək haqqı 728,5 manat təşkil edir. Bu baxımdan orta maaşın ilin sonuna qədər 14,3 manat və ya 2% artacaq.

Cari ilin iyul göstəricisi ilə müqayisədə 2022-ci ildə orta əməkhaqqının 66 manat və ya 9%, 2025-ci ildə isə 206,5 manat və ya 28% artacağı gözlənilir.

Bütün bunların fonunda əhalinin gəlirlərinin 2021-ci il üzrə 58,8 mlrd manat, 2022-ci ildə 63,4 mlrd manat, 2023-cü ildə 68,2 mlrd manat, 2024-cü ildə 72,7 mlrd manat, 2025-ci ildə isə 77,3 mlrd manat olacağı proqnozlaşdırılır.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər