Azərbaycan Dövlət Aqrar Universitetinin növbəti uğurları

Azərbaycan Dövlət Aqrar Universitetinin növbəti uğurları



ADAU ilə Ankara Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Azərbaycan Dövlət Aqrar Universitetinin növbəti uğurları


Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə Ankara Universiteti arasında əməkdaşlıq müqaviləsinin və Mövlanə Mübadilə Proqramının imzalanma mərasimi keçirilib.

Sənədləri ADAU-nun rektoru, AMEA-nın üzvü, professor İbrahim Cəfərov və Ankara Universitetinin rektoru, Prof.Dr. Necdet Ünüvar imzalayıblar. İmzalanma mərasimindən əvvəl çıxış edən rektorlar və hər iki ali təhsil müəssisələrinin nümayəndələri əməkdaşlıq müqaviləsinin və Mövlanə Mübadilə proqramının baytarlıq sahəsində mütəxəssis hazırlığına, ikili diplom proqramının icrasına və birgə elmi-tədqiqat işlərinin yerinə yetirilməsinə, müəllim və tələbələrin mübadiləsinə töhfələrini verəcəyini bildiriblər.

Türkiyə Cümhuriyyətinin ilk ali təhsil müəssisəsi olan Ankara Universiteti 1946-cı ildə yaradılmaqla hazırda burada 70 mindən çox tələbə təhsil alır. Çoxprofilli mütəxəssis hazırlayan bu universitetdə digər fakültələrlə yanaşı Aqronomluq və Baytarlıq fakültələri də fəaliyyət göstərir.

Qeyd edək ki, Ankara Universitetinini rektoru, Prof.Dr. Necdet Ünüvar Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Necdet Ünüvar "Dostluq" ordeni ilə təltif edilmişdir.

Azərbaycan Dövlət Aqrar Universitetinin növbəti uğurlarıAzərbaycan Dövlət Aqrar Universitetinin növbəti uğurları
Azərbaycan Dövlət Aqrar Universitetinin növbəti uğurları



ADAU-da sənəd qəbulu onlayn aparılacaq!

Ali təhsil müəssisələrinin bakalavr səviyyəsinə qəbul olmuş şəxslər ilk olaraq “portal.edu.az” saytında qeydiyyatdan keçməlidir. Bunun üçün əsas səhifəyə daxil olaraq “Qeydiyyat” düyməsini sıxıb “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsil alan qeydiyyatı” xidmətini seçib, “Müraciət et” düyməsinə sıxmaqla tələb olunan məlumatları daxil etməlidir.

Qeyd: "portal.edu.az" saytında qeydiyyatdan keçməyən abituriyentlər DİM tərəfindən qəbul olunmamış şəxs kimi hesab ediləcək və barəsində qəbul əmri verilməyəcək.

ADAU-da dövlət sifarişi və ödənişli əsaslarla qəbul olan abituriyentlərin qeydiyyatı üçün tələb olunan sənədlər:
1. Attestat, kollec və ya ali təhsil müəssisəsinin məzunları üçün həmin təhsil müəssisəsini bitirmələri haqqında arayış və ya diplom (surəti, əsli ali məktəbə təhvil veriləcək)
2. İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin surəti (oğlanlar üçün);
3. Şəxsiyyət vəsiqəsi (surəti)
4. Ağ fonda 3x4 ölçüdə fotoşəkil
5. Ödənişli əsaslarla qəbul olunanlar üçün – təhsil haqqının ödənilməsi haqqında qəbz (surəti)
6. İmtiyazın şamil olunması üçün müvafiq sənədlər (Surəti):

• Qaçqın:
- şəxsiyyət vəsiqələrinin surətləri (ata ,ana, özü)
- statusa aid sənədlərinin surətləri

• Valideyn himayəsi
- şəxsiyyət vəsiqəsinin surəti
- TSEK arayış
- valideynlərin (valideyn) ölüm haqqında şəhadətnamə

• özü əlil:
- əlil olması barədə TSEK arayış
- şəxsiyyət vəsiqəsinin surəti

• Qarabağ əlili (Şəhid ailələri):
- şəxsiyyət vəsiqəsinin surəti
- statusa aid sənədlərinin surətləri
- əlil olması barədə arayış

Aqrar Universitet ilə İtaliyanın Tuscia Universiteti arasında görüş keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetinin növbəti uğurları


Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə İtaliyanın Tuscia Universiteti (UNİTUS) arasında Erasmus+ proqramı çərçivəsində onlayn görüş keçirilib.

Görüşün məqsədi iki ölkə universitetləri arasında mövcud olan mübadilə proqramları, yüksək potensiallı layihə imkanları, iki tərəfli qarşılıqlı səfərlərin həyata keçirilməsi olmuşdur.

ADAU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Küşvər Məmmədova gələcək əməkdaşlıq imkanları və universitetin maddi-texniki bazası haqqında geniş məlumat verərək, qarşı tərəfin maraq dairəsinə toxunan aqro-qida zənciri mövzusunda layihə təklifləri irəli sürüb.

Tədris-təcrübə təsərrüfatında 16 ton həcmində soyuducu anbar tikilir

Azərbaycan Dövlət Aqrar Universitetinin növbəti uğurları


Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Tədris-təcrübə təsərrüfatında USAID, Özəl Sektorun İnkişafı layihəsinin dəstəyi ilə meyvə-tərəvəzlərin keyfiyyətli saxlanması məqsədilə soyuducu anbarın inşasına başlanılıb.

16 ton meyvə saxlama qabiliyyətinə malik olan anbarda məhsulların keyfiyyətini qorumaqla yanaşı onları 2-3 ay müddətinə olduğu kimi saxlamaq da mümkün olacaq.

Soyuducu anbar məhsulların təcili satışını minimuma endirir. Fermerlərin bazarlardan asılılığı azalır, qiymət dəyişiklikləri kimi amillərdən faydalanmağa imkan yaradır.

Qeyd edək ki, USAID, Özəl Sektorun İnkişafı layihəsi Aqrar Universitet ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində Aqrar Universitetin Tədris-təcrübə təsərrüfatında soyuducu anbarı ilə yanaşı intensiv bağın yaradılması ilə əlaqədar layihələr həyata keçirilməkdədir.

Azərbaycan Dövlət Aqrar Universitetinin növbəti uğurlarıAzərbaycan Dövlət Aqrar Universitetinin növbəti uğurları
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər