“Əks göstəriş sertifikat”ını belə əldə edə bilərsiz

“Əks göstəriş sertifikat”ını belə əldə edə bilərsiz


Səhiyyə Nazirliyi “Əks göstəriş sertifikat”ına müsbət cavab alan vətəndaşların sertifikatı necə əldə etməsi məsələsinə aydınlıq gətirib.

Nazirlikdən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, "Əks göstəriş sertifikatı" ilə bağlı müraciətdən sonra müsbət cavab alan vətəndaşlar //kabinet.its.gov.az/ saytında təklif olunan 4 üsuldan biri vasitəsi ilə qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçdikdən sonra İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi pəncərəsi seçilməlidir. Daha sonra sağ tərəfdə yerləşən digər xidmətlər pəncərəsinə daxil olaraq “Əks göstəriş sertifikatı” bölməsini seçərək, qeyd olunan sertifikatı telefona elektron formada yükləyə, eyni zamanda “Screenshot” edib fotosunu telefonun yaddaşında saxlaya bilərlər.

Qeyd edək ki, avqustun 9-dan etibarən ölkədə istifadəsinə icazə verilən vaksinlərə qarşı əks göstərişləri olan şəxslərə “Əks göstəriş sertifikat”ının verilməsinə başlanılıb. “Əks göstəriş sertifikat”ı almaq üçün ərazi üzrə poliklinikalara müraciət edilməlidir. Poliklinika həmin şəxslərin məlumatlarını Səhiyyə Nazirliyi tərəfindən yaradılmış xüsusi komissiyaya təqdim edəcək. Komissiyanın rəyi əsasında vətəndaşa “Əks göstəriş sertifikat”ı verilir.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər