Bakıda peyvənd olunmaq istəyən ər-arvad aranı qarışdırdı: şüşəni sındırdı, həkimlər yaralandı

Bakıda peyvənd olunmaq istəyən ər-arvad aranı qarışdırdı: şüşəni sındırdı, həkimlər yaralandı


Bakı şəhərində fəaliyyət göstərən 7 saylı Şəhər Poliklinikasında vaksinasiya prosesində gərginlik yaşanıb.

Bu barədə videogörüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, arvadı ilə vaksinasiya növbəsinə gələn kişi poliklinikanın qapısını sındırıb.

Səhiyyə Nazirliyindən ölkə.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə ötən gün axşam saat 18:40 radələrində baş verib:

“Növbədə dayanan vətəndaşlardan bir neçəsi sosial məsafənin qorunması üçün növbəli şəkildə tibb müəssisəsindən içəri buraxılır və qapı bağlanır. Həmin şəxs və həyat yoldaşı poliklinikanın qapısını sındıraraq içəri daxil olub və 3 həkimə xəsarət yetirib”.

Qurumdan qeyd edilib ki, faktla bağlı artıq hüquq mühafizə orqanlarına rəsmi müraciət olunub.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər