Azərbaycanda ən yaxşı və xəstələrin daha çox müraciət etdiyi sanatoriyalardan biri “Bilgəh” Kardioloji Sanatoriyasıdır

Azərbaycanda ən yaxşı və xəstələrin daha çox müraciət etdiyi sanatoriyalardan biri “Bilgəh” Kardioloji Sanatoriyasıdır


Bakuxeber.info olaraq bu şərəfli insan - “Bilgəh” kardioloji sanatoriyasının baş həkim Muxtar Əhmədov haqqında məqalə hazırlamağı özümüzə borc bildik.

İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Muxtar Əhmədovu tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.

Muxtar Əhmədov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Bu gün də rəhbərliyin sadiq vəzifə sahiblərindən biridir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

“Bilgəh” kardioloji sanatoriyasının baş həkim Muxtar Əhmədov vəzifəyə gəldiyi gündən görülən işlərin siyahısına nəzər salanda həyata keçirilən genişmiqyaslı işlərin bariz nümunəsini görmək olar.

Sevindirici haldır ki, baş həkim Muxtar Əhmədovun rəhbərlik etdiyi “Bilgəh” kardioloji sanatoriyası bu gün də keçmiş ənənələrədn bir çoxunu yaşadır və inkişaf etdirir. Təbii ki, inkişafdan danışarkən bu gün müstəqil Azərbaycan dövləti tərəfindən bütün digər sahələrdə olduğu kimi, insanların sağlamlığının bərpası və mühafizəsi, vətəndaşlarmızın keyfiyyətli və səmərəli istirahətlərinin təmin olunması məqsədləri üçün də əhəmiyyətli tədbirlərin həyata keçirildiyini qeyd etmək vacibdir. Xüsusilə də bu gün ölkəmizin sanatoriya-kurort şəbəkəsinin təkmilləşdirilməsi istiqamətində işlər uğurla davam etdirilir.

Azərbaycanda kurort mövsümü il boyu davam edir. Respublika zəngin və bəzi münasibətlərdə nadir rekreasiya və kurort resurslarına malikdir. Dağlıq və dağətəyi rayonların gözəl təbiəti, şəfaverici balneoloji mənbələri və müalicəvi palçıqları, gözoxşayan dağ gölləri və şəlalələri, Xəzərin qumlu çimərlikləri, Abşeronun üzümlük və əncirlikləri və eləcə də günəş işığının bolluğu il boyunca dolğun istirahət və sanatoriya və kurort müalicəsi üçün hər bir şərait yaradır.
Azərbaycanın ən məşhur və populyar kurortlarından biri olan Bilgəh ölkənin paytaxtı vəzifəsini yerinə yetirən Bakı şəhərindən cəmi 40 km məsafədə, Abşeron yarımadasının şimal sahilində, zeytun bağları və üzümlüklərin əhatəsində yerləşir.

Kurort ərazisində hökm sürən iqlim tipi – quru subtropik, yanvar ayının orta aylıq temperaturu +2oC, iyul ayının orta aylıq temperaturu +25oC, yağıntıların illik miqdarı isə 200 mm təşkil edir. Qar örtüyü davamlı olan günlərin sayı təxminən 5-ə bərabərdir. Ortaillik nisbi rütubət göstəriciləri 55%-dən 70%-dək dəyişir. Günəş parıltısı illik saatlarının miqdarı isə 2008-ə bərabərdir.
Müalicəvi ionlar və oksigen ilə zəngin olan Xəzər havası, çimərlik mövsümünü mayın ortalarından oktyabra kimi uzadan şəfəqli cənub günəşi, xırdadənəli abad dəniz kənarı və onlarla metr dərinliyində qumlu dayazlıq əmələ gətirən yastı dəniz dibinin uğurlu ahəngi iqlim-talassoterapiya və helioterapiyanın keçirilməsinə zəmin yaradır.

Ürək-damar xəstəliklərinin müalicəsi üçün əlverişli sayılan iqlim, ilıq dəniz suyu və rahat çimərlikdən özgə, yod-brom mineral suları da mühüm təbii müalicəvi amillər siyahısına daxildir. Həmin suların mənbələri bilavasitə dənizqırağı geniş parkda bərqərar olmuş “Bilgəh” kardioloji sanatoriyasının ərazisində yerləşir.
Sanatoriya müasir diaqnostik və müalicə aparaturası ilə təchiz edilmiş komfortlu müalicə şöbəsinə də malikdir.
Burada funksional diaqnostika, müalicəvi gimnastika, fizioterapiya, elektroyuxu terapiyası, müalicəvi masaj, oksigenoterapiya, stomatologiya və ginekologiya kabinetləri, balneoloji müalicəxana və həmçinin kliniki-diaqnostik və biokimya laboratoriyaları fəaliyyət göstərməkdədir.

Arxitektur cəhətdən milli memarlıq ənənələrinə sadiq qalan sanatoriya korpusları ən son komfort təsəvvürlərinə tam cavab verir.
Pasientlərə hər cür rahatlıqlı tək və ikinəfərlik otaqlar təqdim olunur.
Zövqlə tərtib edilmiş, rahat və səliqəli müalicəvi qidalanma zalı sözsüz ki, iştahanın yaxşılaşmasına yardımçı olur və müxtəlifliyi və zənginliyi ilə fərqlənən Azərbaycan milli mətbəxinin bəxş etdiyi təəssüratları daha da gücləndirir.

Dincələnlərin asudə vaxtı da olduqca maraqlı şəkildə təşkil olunur. Park boyunca gəzintilər, dəniz vannaları və çimərlikdə istirahətdən savayı, ziyarətçilərin qulluğunda videosalon, kitabxana, bilyard otağı, kafe və digər müəssisələr fəaliyyət göstərir.
Onu da qeyd etmək lazımdır ki, sanatoriya ərazisində poçt, teleqraf, mağaza yerləşir və müxtəlif məişət xidmətləri göstərilir.

Ona etibar edilən bütün postlarda Muxtar Əhmədov özünü doğruldub. Bizdə hörmətli Muxtar Əhmədovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər