Zükerberq iki saat ərzində 4,3 milyard dollar qazandı

Zükerberq iki saat ərzində 4,3 milyard dollar qazandı















O, dünyada ən zəngin insanların reytinqində altıncı yerdədir

Facebook sosial şəbəkəsinin rəhbəri Mark Zükerberq NASDAQ elektron birjasının açılışında ilk iki saat ərzində öz sərvətini 4,3 milyard dollar artırmağa müvəffəq olub.

Bu barədə “Forbes” məlumat yayıb.

Hazırda Zükerberq dünyada ən zəngin insanları reytinqində altıncı yerdədir. Onun sərvətinin dəyəri 51,8 milyard dollar təşkil edir.

Şirkət rüblük hesabatda gəlirlərinin analitiklərin gözlədiyindən artıq olduğunu bildirdikdən sonra Facebook aksiyaları təxminən 10% artıb. Keçən il ilə müqayisədə gəlir demək olar ki, 1,5 milyard dollara qədər artıb, əldə edilən məbləğ 5,2 milyard dollardan ibarət olub.

Bundan başqa, sosial şəbəkə fəal iştirakçılarının auditoriyasını 15% artıraraq 1,65 milyard nəfərə çatdırıb.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər