Türkiyədə bu gün Ərdoğanın sədrliyi ilə kritik toplantı keçiriləcək

Türkiyədə bu gün Ərdoğanın sədrliyi ilə kritik toplantı keçiriləcək


Türkiyə Silahlı Qüvvələrinin komandanlıq eşolonun formalaşdırılacağı Ali Hərbi Şura toplantısı bu gün baş tutacaq.

Türkiyə mətbuatı xəbər verir ki, iclasda rütbə veriləcək və təqaüdə göndəriləcək generallar və admirallar müəyyənləşdiriləcək.
Yaş həddi ilə yanaşı gözləmə müddətini başa vurmayan baş qərargah rəisi Yaşar Gülərin vəzifəsinə davam edəcəyi ehtimal olunur.
İclasda həmçinin vəzifə müddətini və yaş həddini tamamlamış Quru Qüvvələrinin komandiri Ümit Dündarın və Hərbi Hava Qüvvələri komandiri Hasan Küçükakyüz və Dəniz Qüvvələrinin komandiri Adnan Özballa bağlı da qərar veriləcək.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək müşavirədə prezidentin köməkçisi Fuad Oktay, müdafiə naziri Hulusi Akar, ədliyyə, daxili İşlər, xarici işlər, təhsil, xəzinə və maliyyə nazirləri, həmçinin baş qərargah rəisi və digər komandirlər iştirak edəcək.

Ali Hərbi Şurada qəbul olunacaq qərarlar R.T.Ərdoğan təsdiqlədikdən sonra qüvvəyə minəcək.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər