Hindistanda bir üzü olan siam əkizləri dünyaya gəlib – FOTO

Hindistanda bir üzü olan siam əkizləri dünyaya gəlib – FOTO















Uşaqların xarici görünüşü həkimləri şok edib

Hindistanın şərqində yerləşən xəstəxanaların birində siam əkizləri dünyaya gəlib, onların ürək, əl və ayaqları ayrıdır, amma üzləri ümumidir.

Əkizlər cəmi 6 dəqiqə yaşayıblar.

Qeysəriyyə əməliyyatından öncə həkimlər siam əkizlərinin olacağını bilirdilər, amma əkizlərin xarici görünüşü həkimləri şok etdi.

“Bu xəstəxana artıq 140 ildir ki işləyir, bu müddət ərzində 3 və ya 4 siam əkizi dünyaya gəlib. Bu hadisə isə konkret şokedicidir, uşaqlar çox qeyri-adi görünüşə malikdirlər”, - qeysəriyyə əməliyyatını aparan həkim Kirtan Vyas deyib.

Adı çəkilməyən qadının hamiləliyi heç bir ağırlaşma olmadan keçib. 7-ci ayında ilk dəfə USM edilib və məhz həmin an ana qorxulu xəbəri eşidib. Onun bir yox, iki uşağı olacaqdı və onların baş hissəsi bitişmişdi. Həkimlərin sözlərinə görə, bu halı hamiləliyin ilk üç ayında üzə çıxarmaq olardı, amma qadın mütəmadi olaraq müayinələrə gəlmirdi, ona görə də problem haqqında bu qədər gec xəbər tutulub.

Qadın əri ilə bərabər uşaqlarının bədənini dövlət tibb kollecinə tədqiqatlar üçün vermək qərarına gəliblər.

Hindistanda bir üzü olan siam əkizləri dünyaya gəlib – FOTOБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər