Bayden ABŞ-da peyvənd olunanlara 100 dollar ödəməyi təklif edib

Bayden ABŞ-da peyvənd olunanlara 100 dollar ödəməyi təklif edib


Birləşmiş Ştatların prezidenti Cozef Bayden koronavirusdan vaksin edilən hər amerikalıya 100 ABŞ dolları ödəməyi təklif edib.
Bu barədə ABŞ-ın Maliyyə Nazirliyi bildirib.

"Prezident bu gün ştatları və regionları, həmçinin yerli hakimiyyət orqanlarını peyvənd stimulunu artırmaq, ictimaiyyəti və insanların həyatını qorumaq üçün əlavə təşviq olaraq hər yeni vaksin olunan amerikalı üçün 100 dollar ödənişi təmin etməyə çağırdı. Maliyyə Nazirliyi yerli hakimiyyət orqanlarına texniki yardım göstərməyə hazırdır", - deyə Maliyyə Nazirliyinin açıqlamasında bildirilir.

ABŞ-da artıq 160 milyondan çox insan peyvənd edilib. Bu, ölkə əhalisinin yarısından cüzi sayda azdır.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər