Cəbrayılda tapılan fosfor mərmilərinin görüntüləri - VİDEO

Cəbrayılda tapılan fosfor mərmilərinin görüntüləri - VİDEO


Baku TV-də yayımlanan “Qarabağ Xronikası” verilişinin 39-cu buraxılışı efirə gedib.
Verilişin aparıcısı, hərbi jurnalist Fərdin İsazadə budəfəki buraxılışda minatəmizləmə agentliyinin mütəxəssisləri tərəfindən Cəbrayıl rayonu ərazisində həyata keçirilən təmizləmə əməliyyatları zamanı 157 ədəd partlamamış hərbi sursat (PHS), 1 185 ədəd müxtəlif çaplı patronlar, 5 kq partlayıcı (TNT) və 17 ədəd ağ fosfor tərkibli 82 mm-lik minaatan mərmiləri aşkar edilməsindən danışıb.

O, sursatların tapıldığı anbarda olarkən müxtəlif növ silahlar, güllə başlıqları, mina mərmiləri, top mərmiləri və müxtəlif növ məhv edilmiş hərbi sursatları tamaşaçılara göstərib.

Əlavə olaraq qeyd edib ki, aşkar edilən fosfor mərmiləri işğal dövründə Ermənistan silahlı qüvvələri həm Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinə qarşı, həm də mülki əhalinin əkin sahələrinim yandırılmasında istifadə edib.

Həmin anbardan olan eksklüziv görüntüləri təqdim edirik:

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər