Milli Məclisdə "patı" məsələsi qaldırıldı

Milli Məclisdə "patı" məsələsi qaldırıldı


"Məni narahat edən digər məqam, Azərbaycanda ucuz hər kəs üçün əlçatan olduğu üçün daha təhlükəli olan narkotik vasitələrin yayılması ilə bağlıdır".

"Bunu deputat Bəhruz Məhərrəmov bu gün parlamentdə çıxış edərkən deyib.

Onun sözlərinə görə, bu gün gənclər arasında "şüşə", yaxud "patı" deyilən maddənin istifadəsi o qədər adiləşib ki, insan özü təəccüb qalır.

"Mən dövlət strukturlarını qınamaq istəmirəm, əllərindən gələni edirlər, laki, məsələ köklü həll edilməlidir. Biz hər dəfə cinayətkarları tuturuq, məsuliyyətə cəlb edirik, sonra ekstradisiya olunur, ordan da açıb buraxırlar azadlığa. Bax bu qədər cinayətkar necə olur öz sərhədini rahat keçə bilir? Niyə bir dəfə biri öz ölkəsinin sərhədini keçərkən, Azərbaycana narkotik maddə gətirməyə cəhd etdiyinə görə saxlamır? Bütün bunlar deməyə əsas verir ki, etsək etsək bu problemi elə özümüz həll edə bilərik, kimdənsə mədət gözləməyə dəyməz", - o bildirib.

Deputat əlavə edib ki, düzdür, cəzanı sərtləşdirmək həmişə effekt vermir, amma biz digər tədbirlər fonunda cinayət qanunvericiliyində 234-cü maddəni, habelə, narkotik vasitələrin istehlakına təhrik etməyə görə sanksiyaları çox ciddi formada sərtləşdirilməliyik ki, Azərbaycan narkotik alverçisi, narkotik təminatçısı olan istənilən əcnəbi, yaxud vətəndaş üçün qorxulu bir hüquqi zonaya çevrilsin.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər