Şəmşir Kazımov: “Azərbaycanda hər bir polis əməkdaşı mədəniyyəti, nəzakətli davranışı ilə fərqlənməli, vətəndaşlarımızın güvənc yeri olmalıdır

Şəmşir Kazımov:  “Azərbaycanda hər bir polis əməkdaşı mədəniyyəti, nəzakətli davranışı ilə fərqlənməli, vətəndaşlarımızın güvənc yeri olmalıdır


İsmayıllı Rayon Polis Şöbəsinin rəisi, polis-polkovniki Şəmşir Kazımov - Şuşa Bəyannaməsi iki dövlət - Türkiyə və Azərbaycan arasında konfederativ dövlət quruculuğu istiqamətində atılmış çox mühüm bir addımdır. Hesab edirəm ki, xüsusilə hərbi və milli təhlükəsizlik məsələlərini özündə əks etdirən və birgə fəaliyyəti, koordinasiya olunmuş fəaliyyəti özündə əks etdirən bu sənəd Türkiyə və Azərbaycanın konfederativ dövlət olması yolunda mühüm addım olmaqla üzləşə biləcəkləri istənilən üçüncü qüvvə tərəfindən təhdidlərə birgə, qarşılıqlı kömək və yardım əsasında, birgə iştirak və birgə mübarizənin həyata keçirilməsini nəzərdə tutur. Bu baxımdan hesab edirəm ki, çox tarixi bir sənəd imzalanıbdır. Bu sənədin imzalanması ilə bundan sonra istənilən təhdidlərə qarşı Azərbaycan dövləti, Azərbaycan xalqının gücü ilə yanaşı həm də Türkiyə dövlətinin, xalqının gücünü yanımızda hiss edəcəyik.

Ərdoğan açıq şəkildə bəyan etdi ki, Şuşa Bəyannaməsi heç bir üçüncü dövlətə qarşı imzalanmış razılaşma sənədi deyil. Bildirildi ki, biz Qafqazda fəaliyyətimizi, Qafqazda sülh prosesinin təmin olunması istiqamətindəki addımlarımızı, eyni zamanda kommunikasiya layihələrinin həyat keçirilməsi istiqamətindəki fəaliyyətimizi Rusiya prezidenti Vladimir Putinlə və Rusiya tərəfi ilə məsləhətləşmələr, qarşılıqlı razılaşmalar əsasında həyata keçiririk. Bütün bunlar onu göstərir ki, Şuşa Bəyannaməsi regiona çox böyük bir iqtisadi inkişaf, stabillik və davamlı sülh gətirəcək.

“Azərbaycanda hər bir polis əməkdaşı mədəniyyəti, nəzakətli davranışı ilə fərqlənməli, vətəndaşlarımızın güvənc yeri olmalı, hər zaman xidməti borca və anda sadiq qalmalı, öz üzərində işləməli, təcrübəli həmkarlarından öyrənməli, nəzəri biliklərini, peşəkarlığını durmadan artırmalıdır. Bununla yanaşı, cəsur, mübariz, qətiyyətli, prinsipial, savadlı, təşəbbüskar, insanlarla ünsiyyət qurmağı bacaran dövlət qulluqçusu kimi formalaşmalıdır”.
Hörmətli nazir Daxili İşlər Nazirliyinin Polis Akademiyasında 2019-cu ilin buraxılışına həsr olunmuş təntənəli mərasimdə söyləyib. Nazirin gələcəyin polis zabitlərinə yüksək səviyyədə tövsiyə ünvanlaması onların yaddaşına əbədi həkk olunur.
Keçmiş akademiya tələbəsi polis zabiti kimi fəaliyyətə başlayanda nazirin bu tövsiyəsini əsas götürür deyə, Azərbaycan dövlətinin rifahı naminə yorulmadan ölkəsinə, vətəndaşına xidmət göstərir. Polisin vətəndaşlara qarşı layiqli davranışı, sağlam cəmiyyətin formalaşması naminə vəzifəsini sadəqətlə icra etməsi hər addımda qarşılaşdığımız sübuta ehtiyacı olmayan aksiomadır.
Polissiz bir günümüz olmasın. Pafoslu səslənsə də, həqiqətdir və polissiz bir günü təsəvvür edə bilsəniz, gözləriniz qarşısında xaos canlanacaq, isterik vəziyyət yaşayan insanların şəhərin küçələrində törətdikləri qeyri-insani hərəkətlər ikrah hissi yaradacaq. Polis səliqə-səhman yaratmağı, rahat yaşatmağı, azadlığı qorumağı qürurla həyata keçirən şərəfli peşə sahibidir.
Cəmiyyətin hər bir üzvü bu peşənin sahiblərinə böyük sayğı ilə yanaşmalı, qarşılıqlı hörmət bəsləməlidir. Polislər həmişə narahatdırlar. Onlar öz rahatlıqlarını cəmiyyətin sabitliyinə qurban verirlər. Yatmırlar, dincəlmirlər, asayişi qorumaqla ölkənin inkişafına bir başa təkan verirlər.
2 iyul tarixi təkcə polis işçilərinin deyil, cəmiyyətin hər bir üzvünün də fəxrlə qeyd etməli olduğu bir gündür. Respublikada ictimai asayişin qorunması, qanunların icrasındakı pozuntulara yol verilməməsi, vətəndaşların hüquq və azadlıqlarının təminatına nail olunması ölkəmizin uğurudur. Bütün bunlarda Daxili İşlər Nazirliyinin və onun ayrı-ayrı strukturlarının müstəsna rolu var. Karantin rejimində isə polisin üzərinə daha ağır məsuliyyət düşdü. Həm qayda pozuntularının qarşını almaq, həm də dünyada tüğyan edən bəlanın ölkə ərazisində genişlənərək insanların amansız xəstəliyə yoluxmasının qarşısında sipər kimi şərəfli missiyanı Azərbaycan polisi yerinə yetirdi. Bu dövrdə polis insanların xilası naminə özünü fəda etdi desək, yanılmarıq. Tibb işçiləri ilə yanaşı polislərin də qəhrəmanlar kimi təqdim olunması cəmiyyətin onlara göstərdiyi adekvat münasibətin göstəricisidir.
Polislərin daha bir unudulmaz qəhrəmanlığı Ermənistan tərəfindən işğal olunan torpaqların azadlığı uğurunda 44 günlük Vətən müharibəsində yaşandı. Qarabağda və Ermənistanın işğal etdiyi digər rayonlarla sərhəd ərazilərdə təxribatların qarşısının alınmasında müstəsna xidmətlər göstərən polislər hərbçilər qədər müharibə acısı, ağrısı yaşadılar və ordumuzla birlikdə qalib gəldilər.
Hər günün mübarək olsun, Azərbaycan polisi. Cəmiyyət nə qədər azad, rahat, təhlükəsizdirsə, siz də o qədər xoşbəxtsiniz. Xoşbəxtliyin daimi olsun, BİZİM POLİS!
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər