Tacikistanda səfərbərlik elan olundu

Tacikistanda səfərbərlik elan olundu


Tacikistan Prezidenti Emoməli Rəhmon ölkənin Əfqanıstanla sərhəddə yaranmış vəziyyətlə əlaqədar olaraq ehtiyatda olan hərbçilərin səfərbərlik xidmətinə cəlb olunması ilə bağlı sərəncam verib.

“Qafqazinfo” “İnternovosti.ru”ya istinadən xəbər verir ki, ölkənin Əfqanıstanla sərhədinin gücləndirilməsinə 20 min nəfərin göndəriləcəyi güman edilir.

Bir sıra mənbələrə görə, hazırda “Taliban” hərəkatının döyüşçüləri Əfqanıstanla Tacikistan arasındakı sərhədin böyük bir hissəsini nəzarətə götürüblər.

ABŞ hərbi qüvvələrinin və onların tərəfdaşlarının Əfqanıstanı tərk etməsindən sonra burada vəziyyət pisləşib. Aktiv hücuma keçən radikal qüvvələr hazırda yeni ərazilər ələ keçirir. Bu səbəbdən də, əfqan təhlükəsizlik qüvvələri geri çəkilməyə məcbur olur.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər